Slimfit
  1. COĞRAFİYA

Paşinyan ölkəsində siyasi böhranın olduğunu etiraf edir

Paşinyan ölkəsində siyasi böhranın olduğunu etiraf edir
Sakura

Paşinyan ölkəsində siyasi böhranın olduğunu etiraf edir

Seçkilərin bu ilin dekabr ayına ertələnməsi gözləntiləri böyükdür

İnqlab əhval-ruhiyyəsi Ermənistanda hələ də davam edir və indi bu dalğanın daha hansı nəticələrə səbəb olacağı maraq dairəsindədir. Yenə də küçələrə toplaşanlar idarəedilməz kütlə təəssüratı bağışlayır və parlamenti çevrəyə alanların, rəhbər hökumətə ultimatum göndərənlərin halı, narazılıqların hökm sürdüyü bir mənzərəni xatırladır.

Bundan əvvəlki inqlab dalğasının nəticəsi kimi qələmə verilərək baş nazir postuna yerləşdirilən Nikol Paşinyan belə ölkəsində siyasi böhranın olduğunu etiraf edir. Baş nazir hətta istefa verməliyəm deməkdən də çəkinmir. Doğrudur, bunun mənfi reaksiya doğuracağı, ağıllı ssenari olmayacağı barədə də fikrini bildirən Paşinyanın, öz postunu müdafiə etmək cəhdləri də göz qabağındadır. Amma hər halda qeyd etdiyi siyasi böhrandan, bu dəfəki inqlab dalğasından ehtiyat etdiyini də təkzib etmək olmaz.

Nikol Paşinyan siyasi böhran adlandırdığı bu xaosdan çıxış yolunu göstərmək qərarına da gəlib və onun fikrincə, siyasi böhranın qarşısını almaq üçün yalnız bir yol varsa, o da erkən parlament seçkilərinin keçirilməsidir. Baş nazir fikrini əsaslandırmaq üçün bu seçkilərin keçirilməsinin hətta vətəndaş tələbi olduğunu da nəzərə çatdırır. Ola bilsin buna nail olacağına da ümid edir və Milli Məclisə erkən seçkilərin dekabrda keçiriləcəyindən gözləntiləri böyükdür.

Maraqlıdır, Paşinyanın siyasi böhran dediyi bu xaos hardan qaynaqlandı və səbəb nə oldu? Bu ikihakimiyyətlilik və mövcud qarışıqlıq nədən yarandı? Əgər kütlənin tələbi ilə küçə nümayişçisinə baş nazir kürsüsü həvalə edilmişdisə, hətta gücünün azlıqda olduğu parlamentdə özünün hökumət başçısı təyin edilməsi üçün çoxluğu vadar edirdisə, o zaman növbəti inqlab dalğasını labüd edən nədir? Yaxud, Serj Sərkisyanın istefasını tələb edən 23 aprel küçə etirazları, yəni özlərinin inqlab adı verdikləri küçə nümayişləri sonda, nəticə etibarı ilə əgər kütlənin istəyini təmin etdisə, o zaman növbəti, ikinci bir inqlab dalğası olmamalı idi axı. Deməli, bu inqlab adı verdikləri nə inqlab deyildi, nə bunun kütləyə aidiyyatı yox idi, nə də demokratiya anlamını ifadə etmirdi. Proseslər zamanı gözdən pərdə asmaq üçün demokratiya, kütlənin etirazı, nümayiş və inqlab ifadələri komuflyaj kimi istifadə olunurdu. Qərb ssenarisi ilə başladılan və davam etdirilən hadisələr Paşinyan hakimiyyətini təmin etmək niyyəti güdürdü və buna nail olundu da. Doğrudur, bu hakimiyyət təmin olunsa da, ən qısa zaman fasiləsində Paşinyan hakimiyyətinin müvəqqəti olduğu qənaətinə gəlindi. Əlbətdə, Paşinyanın özündən də qabaq onun müvəqqəti olduğunu Qərb özü də anladı və yəqin ki, elə ilk anlardan belə məhz bu səbəbdən arxasından çəkildi və meydanda tək qoydu. Meydanda tək qaldığının, müvəqqəti olduğunun fərqində olan Nikol isə dərhal hakimiyyətini mühafizə etmək üçün müxtəlif yollara əl atmalı oldu ki, bunlardan birincisi Qərb diplomatiyasına müraciət etməsi idisə, ikincisi də daxili auditoriyaya hesablanmış fəaliyyəti oldu. Bunların heç birinin işə yaramadığını anladığı andan isə müvəqqəti hakimiyyət dövrünü uzatmaq, nə yolla olursa olsun hakimiyyəti saxlamaq niyyəti ilə baş nazir hələ də baş sındırır.

Hakimiyyətinin müvəqqətiliyinə əmin olduğu zaman Paşinyan çıxış yolu kimi Milli Məclis seçkilərinin vaxtının dəyişdirilməsi, ertələnməsi taktikasını işə salmalı oldu. Güman ki, baş nazir hələ də eyforiyada olan, onun pafoslu nitqlərinin təsirində olan, ona hələki inanan az-çox nə qədər adam qalıbsa onların sayından, mövcudluğundan istifadə etməyə qərarlıdır. Paşinyan görür ki, get-gedə onun tərəfdarlarının sayı azalmaqdadır və bu da nəticə etibarı ilə onun hakimiyyətdən getməsi anlamına gəlir. Ermənistandakı ikinci inqlab dalğası özü belə bu faktı təsdiq edir və hər an baş nazirin də istefası reallaşa bilər. Əbəs yerə deyil ki, Paşinyan özü belə bu istefa barədə də söz açır və bunun doğru olmayan ssenari olduğunu xatırlatmaqla özünə lazım olan fikir formalaşdırmaq niyyəti güdür. Seçkilərin ertələnməsində isə məqsəd gündən-günə azalan tərəfdarlarından zamanında, hətta imkan olduqca bir az da tez istifadə etməkdir. Gələn ilim may ayında keçirilməsi nəzərdə tutulan seçkilərin bu ilin dekabrına təyin edilməsində maraq yalnız budur. Paşinyan Ermənistanda hər gün, hətta hər an dəyişə bilən vəziyyətdən ehtiyat edir və bir neçə ay müddətində şəraitin tamamilə əksinə dəyişməsindən nəticə çıxaran baş nazir may ayına qədər tərəfdarları arasında bircə nəfərin belə qalmayacağını çox gözəl dərk edir. Hakimiyyətini legitimləşdirmək üçün seçkilərin vaxtının bu ilin dekabr ayına ertələnməsi niyyətini bu baxımdan başa düşmək çətin deyil.

Məsələ burasındadır ki, Ermənistanda hadisələr təkcə Paşinyanın arzu və istəkləri ilə cərəyan edə bilməz. Əvvəla ona görə ki, bir-birinə əks düşərgələr var və hər biri öz istədiyinə nail olmağa çalışır. Digər tərəfdən də kütlə deyilən nümayişçi insanlar belə pafoslu vədlərin artıq fərqindədir və bu gün Paşionyanın özünün belə siyasi böhran adlandırdığı vəziyyət, xaos, ikihakimiyyətlilik Ermənistanda hökm sürür. İdarəedilməz kütlə isə hələ də kimin arxasınca gedəcəyini müəyyən edə bilmir. Əgər nümayişlərin ikinci mərhələsi başlayıbsa, küçə nümayişlərinə yenidən start verilibsə, deməli qeyri-müəyyənlik hələ də davam edir və bir vaxtlar Paşinyanın hakimiyyətə gələcəyi ilə bütün problemlərdən azad olacaqlarına, böhrandan yaxa qurtaracaqlarına ümid edən kəslər yanıldıqlarını qəbul edirlər.

Ermənistanın yeni hakimiyyəti, nümayişçilər yanıldıqlarını, səhv etdiklərini qəbul edirlər. Diplomatiyada məğlubiyyət, siyasi böhran adlandırdıqları, əslində ölkədə hökm sürən xaos, iflas göz qabağındadır. Gah Qərb istiqamətində, gah da Rusiyaya meyl etmələri, nəticədə hər ikisindən məhrum olmaları ölkənin təklənməsinə, marginallaşmasına köklü səbəbdir. Rusiya hələ də Ermənistandakı qarışıqlıqları təmkinlə seyr edir. Halbuki, Moskva bir anda Ermənistanın anarxist mitinq stixiyasını durdurmağa, qarşı-qarşıya duran düşərgələrin mövqelərinin radikallaşmasını aşağı salmağa və siyasi prosesi normal məcraya yönəltməyə qadirdir. Bütün bunların müqabilində Rusiya da, Qərb də ermənilərin səhvlərini emosiyasız şəkildə izləməkdə davam edir. Çox güman ki, hələ ermənilər səhvlər etməkdə davam edəcək və bu qarışıqlıq davam edəcək. Amma bir məsələni diqqətə çatdırmaq yerinə düşərdi ki, İrəvanın səhvləri bütün Ermənistanı dünyanın siyasi xəritəsindən silə bilər. Çünki, tək qalmasına, marginallaşmasına səbəb olan bu yanlışlıqlar, səhv addım onsuz da məhv olmaq təhlükəsi ilə üz-üzə qalan işğalçı dövlətin tamamilə süqutunu get-gedə reallaşdırır.

 

Mənbə : Sia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR