Dərc edildi: Baxış sayı: 265
Paşinyan nazir müavinlərini vəzifəsindən azad etdi - Nazirliyi ləğv edir
İyunun 29-da Ermənistan baş naziri Nikol Paşinyan nazir müavinlərinin vəzifədən azad edilməsi haqqında qərarlar imzalayıb.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, Paşinyanın imzaladığı qərarla Artuş Qriqoryanın fövqəladə hallar nazirinin birinci müavini, Ara Nazaryanın isə nazir müavini vəzifəsindən 2023-cü il iyunun 30-dan etibarən azad edilməsi barədə qərar imzalayıb.
İyunun 30-dan etibarən isə Fövqəladə Hallar Nazirliyi fəaliyyətinə xitam verəcək. Fövqəladə Hallar Nazirliyinin funksiyalarını Daxili İşlər Nazirliyi icra edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət