Dərc edildi: Baxış sayı: 738
Paşinyan İrana gedir
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan İrana səfər edəcək.
Publika.az xəbər verir ki, baş nazir fevralın 27-də İrana rəsmi səfərini gerçəkləşdirəcək.
Paşinyan Almaniyanın Köln şəhərində erməni icmasının nümayəndələri ilə görüşündə bildirib ki, İranla Ermənistan hökumətləri arasında olan isti münasibət bundan sonra da davam edəcək.
Qeyd edək ki, N.Paşinyan hazırda Almaniyada səfərdədir. O, bu gün Berlində Almaniya kansleri Angela Merkellə görüşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət