Paşinyan hakimiyyətə gəldi ki, Qarabağı... - Trofimçuk
Rusiya Robert Köçəryanı müdafiə etmir, sadəcə, onun bu problemlə bağlı öz baxış nöqtəsi mövcuddur.
Axar.az xəbər verir ki, bunu “1in.am”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
“Moskva Köçəryanın müdafiəsi üçün praktiki imkan tapa bilər, lakin hələlik baş verənləri izləyir və öz nəticələrini çıxarır. Rusiya heç bir halda Paşinyanın hakimiyyətə gəlişinə də müdaxilə etməyib”, - o bildirib.
Trofimçuk Rusiyanın indiki Ermənistan hökuməti qarşısında məsuliyyətli davranaraq, İrəvanı öz taleyi ilə baş-başa buraxmadığını deyib.
O, həmçinin, Paşinyanın Dağlıq Qarabağ konfliktinin həlli prosesiylə bağlı danışıqların gedişini dəyişmək üçün hakimiyyətə gəldiyini söyləyib. Trofimçuk bütün bunların regionun yenidən müharibəyə sürüklənməsi anlamına gəldiyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət