Slimfit
  1. SİYASƏT

Paşinyan gələndən sonra Ermənistanda anti-Rusiya meylləri gücləndi – Şərh

Paşinyan gələndən sonra Ermənistanda anti-Rusiya meylləri gücləndi – Şərh
Sakura

Paşinyan gələndən sonra Ermənistanda anti-Rusiya meylləri gücləndi – Şərh

Paşinyan Qərbin, daha doğrusu rəngli inqilabların sponsoru milyarder Corc Sorosun adamıdır. Onun pulu ilə hakimiyyətə gəlib, amma sonra primitiv dünyagörüşü nəticəsində ciddi səhvlərə yol verməyə başladı. Dərhal anti-Rusiya xətti tutdu. Rusiyadan uzaqlaşmaq və qərbmeyilli siyasət yürütrmək fikrinə düşdü.

Ens.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, sonradan onu başa salıblar ki, ölkəsinin, Qarabağın taleyi Rusiyadan asılıdır:

“Rusiya ilə münasibətləri normallaşdırmaq lazımdır. Rusiya da təbii ki, onun düşüncələrini və anti-Rusiya meyillərini dəqiq bilirdi. Özü də bu anti-Rusya meyilləri konkret işlərdə özünü təzahür etdirirdi. Belə ki, əvvəla qəzetlərdə Rusiya əleyhinə yazılar gedirdi. Rusiyada guya avtoritar hakimiyyətin mövcud olması ilə bağlı fikirlər səsləndirilirdi. Rusdilli məktəblərin tamamilə bağlanması göstərişi verilmişdi. Rus dilində danışmaq faktiki olaraq qadağan edilib. Bir sözlə Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda anti-Rusiya meylləri güclənib. Rusiyaya qarşı aksiyalar təşkil edilib, rusiyameylli şəxslərin vəzifələrdən kənarlaşdırılıb və onlara qarşı təzyiqlər təşkil olunub, rusdilli media bağlanıb. Özü də anti-Rusiya meyilləri ölkədə ictimai-siyasi həyatın bütün sahələrində özünü təzahür etdirirdi. Rusiya əlbəttə, bunları ciddi surətdə müşahidə edir özü üçün müəyyən nəticələr çıxarırdı”.

Politoloq qeyd edib ki, Azərbaycana hücum edib yeni torpaqlar eşqi ilə fəaliyyətlə başlayanda ordumuzun irəliləməsi və düşməni məğlub etməsi Ermənistanda həyəcan yaratdı:

“Onlar Paşinyandan tələb etdilər ki, Rusiyaya müraciət edib ondan kömək istəsin. Əlbəttə, Rusiyaya dəfələrlə yalvar-yapış etdilər. Rusiya Paşinyanın bir ilində özü payını götürmüşdü. Görmüşdü ki, bu adam anti-rus meyilli bir adamdır və erməniləri ruslara qarşı kökləyir. O səbəbdən Rusiya da Ermənistanı düşdüyü vəziyyətdən çıxarmağa tələsmədi. Rusiya bildirdi ki, döyüşlər Ermənistan ərazisində getmir. Bundan sonra Ermənistan ərazisində anti-Putin kampaniyası başladı. Rusiya Prezidentinin ünvanına siyasi etikadan kənar ifadələr səsləndi. Hazırda Ermənistanda anti-rus əhval-ruhiyyəsi daha da qızışdırılır”.

Politoloq bildirib ki, Rusiya sözün həqiq mənasında Paşinyanla haqq-hesabı çürütmək fikrindədir:

“Ona görə də ölkədəki siyasi partiyaıarın böyük əksəriyyəti anti-Paşinyan mövqeyində birləşiblər. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq fikrindədirlər. Əlbəttə, müharibənin bir sonluğu var və bu sonluq çox uzaqda deyil. Bu sonluq gəlib çatdıqdan sonra artıq Paşinyanla ölkənin siyasi liderləri, xüsusilə Qarabağ klanı haqq-hesabı çürüdəcək”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR