Slimfit
  1. SİYASƏT

Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır”

Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır”
Sakura

Paşinyan: “Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının tərəfdarıdır”

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin tərəfdarı olduğunu bildirib.
“Ermənistan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun açılmasının əleyhinə deyil, əksinə, biz bunun tərəfdarıyıq. Bu, Ermənistan üçün çox mühüm layihədir. Biz doğrudanmı regionda nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinəyik? Xeyr, biz Türkiyə ilə Azərbaycan, eləcə də Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında Ermənistan ərazisindən kommunikasiyanın qurulmasının tərəfdarıyıq”, - deyə Paşinyan parlamentdə deyib.
O, regional kommunikasiyaların, qaz və neft kəmərlərinin, elektrik şəbəkələrinin Ermənistan ərazisindən keçməsinin əleyhinə olmadığını bəyan edib. Bir şərtlə ki, kommunikasiya xətləri keçəcək ölkələrin suverenliyinə hörmətlə yanaşılsın.
Mənbə: Novosti Armeniya

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR