Slimfit
  1. AZƏRBAYCAN

Paşinyan dərk edir ki, başqa yol yoxdur – Millət vəkili

Paşinyan dərk edir ki, başqa yol yoxdur – Millət vəkili
Sakura

Paşinyan dərk edir ki, başqa yol yoxdur – Millət vəkili

Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə öz siyasi təmkinini, gücünü nümayiş etdirir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O bildirib ki, regional və dünya reallığı var:

“Reallıq bundan ibarətdir ki, regionun ən güclü dövləti Azərbaycandır. Eyni zamanda Azərbaycanda elə təkcə bu il iki dəfə hərbi paradın keçirilməsi Azərbaycan Ordusunun gücünün bir daha nümayişi oldu. Təsadüfi deyil ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusunun sırasındadır. İqtisadi, hərbi güc, əhalinin demoqrafik inkişafı və sayını da nəzərə alsaq, biz bu və digər bütün parametrlərlə Ermənistanı dəfələrlə üstələyirik. Bunu Ermənistanda da çox yaxşı bilirlər. Dünya reallığına qaldıqda isə, dünyada hələ heç bir dövlət qondarma “dqr”in müstəqilliyini tanımayıb. Dünya dövlətləri bu əraziləri Azərbaycanın işğal olunmuş ərazisi kimi tanıyır. BMT-nin, Avropa Şurasının, ATƏT-in, AB-nin, İslam Əməkdaşlıq Təşkilatının , Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarında Azərbaycanın ərazi bütövlüyü tanınır”.

 

Millət vəkili vurğuıayıb ki, Azərbaycanın siyasi mövqeyi hazırda çox güclüdür:

“Paşinyanın inqilabdan sonra hakimiyyətini möhkəmlətmək üçün bir sıra pafoslu çıxışları oldu. Çünki Paşinyan hakimiyyətə gələndə daxili auditoriyanın müəyyən problemləri var idi və o problemlər bu gün də davam etməkdədir. Xüsusilə, Qarabağ klanının uzun illər Ermənistanda hakimiyyətdə təmsil olunan nümayəndələri ilə Paşinyan arasında mübarizə davam edir. Ona görə də o, müəyyən qədər Qarabağla bağlı, Ermənistan ictimaiyyətini və dünya ermənilərini öz tərəfinə çəkmək üçün, absurd bəyanatları verirdi. Təbii ki, o, zaman-zaman özünü nə qədər gülünc vəziyyət saldığının fərqinə varır. Paşinyan artıq anlayır ki, Ermənistanın Azərbaycanla danışıqlardan başqa yolu yoxdur”.

Millət vəkili bildirib ki, bütün dünya həm Azərbaycan Prezidentinin siyasi təcrübəsini, bacarığını, həm də Ermənistanda baş nazir vəzifəsində olan şəxsin beynəlxalq siyasətdə nə qədər naşı olduğunu görür:

“Bu mənada Paşinyan da, onun kimi düşünən erməni siyasi rəsmiləri də şübhəsiz ki, cənab Prezident İlham Əliyevlə danışıqlardan başqa yol olmadığını dərk edirlər. Bu məsələ Azərbaycanın haqlı tələbləri çərçivəsində həll olunacaq. Buna bizim şübhəmiz yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR