Slimfit
  1. AZƏRBAYCAN

Paşinyan bunu istəyirsə, Qarabağı qaytarsın - Ermənistan qarşısında son şərt irəli sürüldü

Paşinyan bunu istəyirsə, Qarabağı qaytarsın - Ermənistan qarşısında son şərt irəli sürüldü
Sakura

Paşinyan bunu istəyirsə, Qarabağı qaytarsın - Ermənistan qarşısında son şərt irəli sürüldü

Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır – Azərbaycanın işğal olunmuş əraziləri azad olunanadək münasibətlərin normallaşmasından söhbət gedə bilməz.

Publika.az xəbər verir ki, bu barədə Trendə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdə saxlayacaq:

“Əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, tez bir zamanda Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir”.

Administrasiyadan həmçinin bildiriblər ki, Ermənistan Türkiyəyə qarşı 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir.

Vurğulanıb ki, Ermənistanın arxivlərin açılması və birgə komissiyanın yaradılması barədə Türkiyənin təklifindən imtina etməsi Türkiyə tarixində heç bir “erməni soyqırımı”nın olmadığını təsdiq edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR