Paşinyan: "Bakı ilə birbaşa danışıqlar müsbət nəticə verir"
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla birbaşa danışıqlar müsbət nəticə verir.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a istinadən xəbər verir.
"Qeyd etməliyəm ki, siz də fikir verdiniz, artıq uzun zamandır, Azərbaycanla ikitərəfli formatda iş gedir və bu, müsbət nəticələr verir. Ötən ilin dekabrında verilən birgə bəyanatlardan başlayaraq, bu il aprelin 19-da verilən bəyanatla davam edir. Dünən delimitasiya ilə bağlı komissiyanın işinə dair əsasnamə imzalanıb. Və nə qədər ki, ikitərəfli format nəticələr gətirir, biz bunu davam etdirəcəyik", - deyə Ermənistanın baş naziri mətbuat konfransında bildirib.
Eyni zamanda, Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qeyd edib ki, İrəvan indi Bakı ilə birbaşa danışıqlara üstünlük verir.
O, həmçinin, danışıqları davam etdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevlə iki dövlətin sərhədində görüşməyə hazır olduğunu da nəzərə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət