Slimfit
  1. GÜNDƏM

Paşinyan babasının faşistlər tərəfində vuruşduğunu etiraf etdi - qalmaqal güclənir

Paşinyan babasının faşistlər tərəfində vuruşduğunu etiraf etdi - qalmaqal güclənir
Sakura

Paşinyan babasının faşistlər tərəfində vuruşduğunu etiraf etdi - qalmaqal güclənir

Ermənistanın baş naziri Nikol Paşinyan həm Ermənistanda, həm də Rusiyada eşidilən ciddi ittihamlarla qarşı-qarşıyadır. Bir neçə günlük sükut faydasız mətbuat konfransı ilə sona çatdı və bu tədbirdə büdrəyən Paşinyan babasının nasistlərin tərəfində vuruşduğunu demək olar ki, rəsmi olaraq etiraf etdi.

Daha əvvəl Ermənistanda böyük beynəlxalq qalmaqal yaranmışdı. Belə ki, Ermənistan KİV-lərində, onun da adı  Nikol Paşinyan olan Ermənistan baş nazirinin babasının erməni legionunda,  İkinci Dünya Müharibəsində  Hitler və faşist Almaniyası tərəfində  iştirak etdiyini göstərən foto sənədlər yayıldı. Bu sənədlər dünyanın müxtəlif ölkələrində ictimaiyyət arasında böyük rezonans doğurdu.

Bu arada Paşinyanın özü demək olar ki, bir həftə ərzində  susdu - bütün bu müddətdə onun  siyasi texnoloqları bu çətin vəziyyətdən necə çıxacağını fikirləşməyə çalışırdılar. Və onlara görünən şəkildə fikirə gəldilər. Böyük bir mətbuat konfransı keçirdilər və yayındırıcı manevr olaraq baş nazirlərinə  bir neçə fotoşəkil və absurd bir mətn verdilər ... azərbaycanlı Məmməd Əmin Rəsulzadə haqqında.

Və tədbirdə o,  nasistlər, babası Nikol Paşinyan və Qaryagin Njde haqqında bir kəlmə də demədi. Ermənistanın baş naziri yalnız öz ölkəsində nasistlərə və onların silahdaşlarına heç də haqq qazandırılmadığını bildirdi. Sanki o, İrəvanda  Njdeyə qoyulmuş böyük  abidəni heç vaxt sezməyib, üzərinə  çiçək də qoymayıb və ümumiyyətlə bu adı ilk dəfə eşidir.

Öz növbəsində, rusiyalı ekspertlər Day.Az-a verdikləri müsahibədə Paşinyanın susqunluğunun onun şoka düşməsindən və indi necə davranacağını bilməməsindən qaynaqlandığını söyləyiblər. Belə ki, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkoya görə, erməni baş nazirin  babası ilə bağlı qalmaqal getdikcə daha çox sual doğurur.

"Nasist Almaniyasının liderləri arasında ermənilər və erməni mənşəli insanlar olsaydı, bu gün də onları qəhrəman edərdiniz? Bunu necə başa düşmək olar? Bu cinayətkarın heç bir yeri yoxdur" deyə Korotçenko qeyd edib. Onun sözlərinə görə, Paşinyan Njdeyə qoyulmuş  abidəni tamamilə sökə bilərdi, o isə əksinə, onu canfəşanlıqla müdafiə edir.

"İrəvanın mərkəzində bir nasist cəlladının abidəsi və mediada Paşinyanın babasına uyğun gələn şəxsin erməni legionunda vuruşması - bu düşüncələrə səbəb olur və müəyyən suallar yaradır",  Korotçenko deyib.

Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış rus mütəxəssisi Sergey Markov da öz növbəsində vurğulayıb ki,  Njdenin Paşinyan kimi sevənlərinin  xoşuna gəlməsinin səbəbi müharibə cinayətlərində iştirak edən fəal, çox sərt millətçi olmasıdır. "Njde, Adolf Hitler və cinayətkar təşkilat elan olunmuş SD-nin təhlükəsizlik xidməti ilə fəal işləməyə başladığı zaman da millətçiliyindən əl çəkməmişdi . O, Qırmızı Ordunun arxasına göndərilən təxribat qrupları hazırlamış, əsgərlərimizi öldürmüş  və iqtisadi obyektləri partlatmışdı. Və  belə ləkələnmişlərin köməyi ilə siyasi dəstək tapmaq, müxalifəti məğlub etmək və öz siyasətlərini əsaslandırmaq istəyi ilə ifadə olunur "deyib Markov.

Onun sözlərinə görə, indi ciddi şəkildə normal bir araşdırma aparılmalı və qəti bir cavab verilməlidir -  Nikol Paşinyanın babası kim idi. "Ancaq istisna edilmir ki, Ermənistanın baş nazirinin babası ilə erməni legionu arasındakı əlaqə Paşinyanın cinayətkarlara bu qədər müsbət rəftar etməsinə şərait yaratdı" deyə Sergey Markov əlavə edib.

Qeyd edək ki, Njde, bütün millətlərin və ölkələrin - Türkiyə, Azərbaycan, Rusiya, Avropa ölkələrinin əziyyət çəkdiyi erməni millətçiliyinin təcəssümüdür. Mövcud bütün tarixi sənədlər bu adamın cinayətkar, təxribatçı və millətçidən başqa bir şey olmadığını göstərir. Böyük Vətən Müharibəsi illərində Njde şəxsən onlarla agent işə götürüb və onlardan Qırmızı Ordunun arxasında təxribat işləri ilə məşğul olan təxribatçıları hazırlayıb. 1942-ci ildə Njde özü Sovet İttifaqına qarşı döyüşən erməni legionunu təşkil edib. Məhz etdiyi müharibə cinayətlərinə görə də müharibədən sonra mühakimə olunmuş  və 25 il  cəza verilmiş və Vladimir həbsxanasında ölmüşdü.  Bundan əlavə, Njde "Tsexakronizm" in - hər bir erməni üçün öz millətini ən yüksək dəyər elan edən bir ideologiyanın yaradıcısı idi.

Mənbə: day.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR