Slimfit
  1. SİYASƏT

Paşinyan azərbaycanlı jurnalistlərin səfərindən danışdı

Paşinyan azərbaycanlı jurnalistlərin səfərindən danışdı
Sakura

Paşinyan azərbaycanlı jurnalistlərin səfərindən danışdı

“Azərbaycan və Ermənistandan olan jurnalistlərin qarşılıqlı səfərləri etimadın güclənməsinə kömək edə bilər” .

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezirlə görüşdə deyib. Paşinyanın sözlərinə görə, belə səfərlər, həmçinin nifrət ritorikasının azalmasına səbəb ola bilər.
ATƏT nümayəndəsi də bu təşəbbüsü alqışlayıb və davamlı olmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR