Dərc edildi: Baxış sayı: 1101
Paşinyan Azərbaycanla bağlı səhvini düzəltdi
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) həcminə görə Azərbaycan və Gürcüstanı qabaqlaması barədə bəyanatına redaktələr edib.
Oxu.Az-ın Ermənistan KİV-nə istinadən xəbərinə görə, N.Paşinyan özünün “Facebook” hesabında səhv məlumat paylaşdığını etiraf edib.
O, Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinad edərək qeyd edib ki, Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə, Cənubi Qafqazda yalnız Gürcüstanı üstələyir.
Xatırladaq ki, N.Paşinyan bundan əvvəl də BVF-yə “istinad etmişdi”.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox