Dərc edildi: Baxış sayı: 621
Paşinyan Ata Abdullayevdən danışdı
Ata Abdullayevin Milanda erməni kilsəsində Paşinyana sual vermə hadisəsindən sonra erməni müxalifəti təhlükəsizlik orqanlarını sayıq olmamaqda, işində nöqsanlara yol verməkdə ittiham etməkdə davam edir.
Bu gün Nikol Paşinyan ənənəvi Feysbuk səhifəsində birbaşa canlı yayımda çıxış edən zaman bu cür ittihamlr davam edib və baş nazirə bu məsələ ilə əlaqədar yenidən bir neçə sual ünvanlanıb.
Moderator.az Nevs.am-a istinadən xəbər verir ki, Paşinyan bu ittihamlara belə cavab verib:
“Bir azərbaycanlı Milanda açıq bir tədbirə gəlib və buna görə bütün sosial şəbəkə Dövlət Mühafizə Xidmətinə "hücum etdi".
“Bəs, harda deyilib ki, bir azərbaycanlı Ermənistanın baş nazirinə sual verə bilməz? Əgər Nazirlər Kabinetinin rəhbərinə və ya orada iştirak edənlərin hər biri üçün təhlükə yaranarsa ... Daha demirəm ki, rəsmi səfər zamanı təhlükəsizliyin təmin edilməsi funksiyası ilk növbədə qəbul edən tərəfə tapşırılır. Ermənistanda qonaq qəbul etdikdə, onların təhlükəsizliyini məhz biz təmin edirik ”, - Paşinyan qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət