Slimfit
  1. AZƏRBAYCAN

Paşinyan Ağ Evin Qarabağ planını qəbul edir: "Torpaqları qaytar!" tələbinin pərdəarxası

Paşinyan Ağ Evin Qarabağ planını qəbul edir: "Torpaqları qaytar!" tələbinin pərdəarxası
Sakura

Paşinyan Ağ Evin Qarabağ planını qəbul edir: "Torpaqları qaytar!" tələbinin pərdəarxası

“Barak Obama administrasiyası dövründə Rusiyanın arxa bağçası sayıla biləcək regionlara çox da nüfuz edilmirdi. Amma Donald Trampın dövründə Rusiya ilə ciddi mübarizə gedir və bu mübarizədə çalışırlar ki, Rusiyanın sərhədləri boyu mövcud olan postsovet respublikaları hissə-hissə, tədricən təsir altına alsınlar”.

Publika.az-a açıqlamasında bu sözləri politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini şərh edərkən deyib.

Politoloq Cənubi Qafqaz regionunda geostrateji cəhətdən ən əhəmiyyətli ölkənin Azərbaycan olduğunu bildirib. O, ABŞ, eləcə də NATO-nun Əfqanıstandakı qoşun kontingentinin təchizatında ən qısa yolun Azərbaycan üzərindən keçdiyini deyib:

“Son illər Rusiya üzərindən Əfqanıstana yüklərin buraxılmaması Azərbaycanın əhəmiyyətini daha da artırıb. Azərbaycanın coğrafi və geostrateji önəmi, həmçinin bölgədə ən inkişaf etmiş dövlət olması sözsüz ki, ABŞ-ın diqqətini cəlb edir. Bundan başqa, nəzərə alsaq ki, Azərbaycan Qərb üçün mühüm nəqliyyat qovşağı və enerji mənbəyidir, o halda ölkəmizin əhəmiyyətini daha yaxşı anlamaq olar. Azərbaycan öz strateji mövqeyinə görə Qərb üçün əvəzedilməz ölkədir. Bu nöqteyi-nəzərdən respublikaçıların, Donald Tramp administrasiyası dövründə Azərbaycana diqqət xeyli, hətta deyərdim ki, ölçüyəgəlməz dərəcədə artıb”.

Com Boltonun Bakıya səfərində Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyalar təqdim edə biləcəyi barədə Rusiya, eləcə də erməni ekspertlərinin fikirlərinə toxunan Q.Hüseynli Vaşinqtonun münaqişənin tənzimlənməsi prosesinə dair müəyyən dəyişikliklərin olduğunu vurğulayıb:

“ABŞ bu dəyişiklikləri artıq bir ildən çoxdur ki, bəyan edir. Bu məsələdə son və açıq mövqeyi ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills ortaya qoydu. O bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan həll edilə bilməz. Bu, kifayət qədər cəsarətli bir mövqe idi. Bundan əvvəl Minsk qrupunda amerikalı keçmiş həmsədr Ceyms Uorlik “Dağlı Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdə bir erməni əsgəri belə qalmamalıdır” kimi ifadə ilə yadda qalıb. Həm dünyada, həm ABŞ-ın özündə Qarabağla bağlı həqiqətləri düzgün başa düşürlər. Artıq üç ildir ki, NATO-nun sammitində post-sovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva edən bəyanat imzalanır. Avropa Şurası bu məsələyə münasibətini çoxdandır bildirib. Avropa Parlamenti də həm Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, həm də post-sovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Bu yaxınlarda isə Almaniya bundestaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Bütün bunlar onu göstərir ki, dünya yavaş-yavaş ikili standartlardan uzaqlaşır və münaqişələrin beynəlxalq hüquq normalarına uyğun olaraq həllinə yönəlir. Zənnimcə, bu ABŞ-ın siyasətində də özünü tədricən də olsa göstərməkdədir. Ermənistanın təcavüzkar siyasəti və Azərbaycanın təcavüzə məruz qalması kimi fikirlər daha çox siyasi dairələrdə, daha çox ölkələrdə özünə yer tapmağa başlayıb. Fikrimcə, bu, problemin ədalətli həllinə yol aça bilər”.

ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyinin İrəvanın davranışlarında hansı formada əksini tapacağına gəlincə, sabiq dövlət müşaviri hesab edir ki, Nikol Paşinyan ABŞ-ın mövqeyinin qarşısında aciz qalacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR