Dərc edildi: Baxış sayı: 560
Paşinyan ABŞ-a gedir: “miatsum”a dəstək almaq planı...
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın Los-Anceles şəhərinə səfər edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı Paşinyan Feysbukda təşkil etdiyi canlı yayım zamanı paylaşıb.
O, Los-Ancelesdə ermənilərlə görüşlər keçirməyi planlaşdırdığını bildirib. Paşinyan görüşün sentyabrın 22-si, saat 16:00-da baş tutacağını söyləyib.
Baş nazir ABŞ-da Xankəndidə müzakirə etdiyi məsələləri ("miatsum" və s. – red.) gündəmə gətirəcəyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət