Slimfit
  1. AZƏRBAYCAN

Paşayeva ilin işgüzar xanımı seçildi

Paşayeva ilin işgüzar xanımı seçildi
Sakura

Millət vəkili Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb

Millət vəkili Qənirə Paşayeva “İlin İşgüzar Xanımı” mükafatına layiq görülüb.

Kult.az xəbər verir ki, millət vəkili 8 mart Qadınlar Günü münasibəti ilə təşkil olunmuş tədbirdə qanunverici orqanda, Azərbaycanın xaricdə tanıdılmasında, ölkə tarixi, mədəniyyəti və Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynadığına görə mükafatlandırlıb.

Millət vəkili onu bu mükafata layiq gördükləri üçün təşkilatçılara təşəkkürünü bildirib.

Q.Paşayeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyilə Azərbaycanda cəmiyyətin bütün sahələrində qadınların rolu artır.

Deputat qadınlara hər sahədə daha da böyük uğurlar diləyib:

“Hər birimizin və bütün qadınlarımızın ən böyük arzusu odur ki, yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımız işğaldan azad edilsin. Mən inanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik və inşallah Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl torpaqlarımızda da bayramları qeyd edəcəyik. Bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR