Slimfit
  1. CƏMİYYƏT

Parlamentin “payızı” – “Uşaqpulu” bərpa oluna bilər, MSK-nın yenidən formalaşdırılması gözlənilir

Parlamentin “payızı” – “Uşaqpulu” bərpa oluna bilər, MSK-nın yenidən formalaşdırılması gözlənilir
Sakura

Parlamentin “payızı” – “Uşaqpulu” bərpa oluna bilər, MSK-nın yenidən formalaşdırılması gözlənilir

Milli Məclisin payız sessiyasında deputatlar “uşaqpulu” məsələsinin müzakirəyə çıxarılmasına çalışacaqlar.

Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

Bir müddət öncə Milli Məclis sədri Sahibə Qafarova “uşaqpulu”nun bərpasının müzakirəsi üçün parlamentdə İşçi qrupu yaradılması barədə göstəriş verib.

2006-cı il yanvarın 1-dək Azərbaycanda “uşaqpulu” verilirdi. 2006-cı il 1 yanvar tarixinədək Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəlirin 16 500 manatdan (3,3 AZN) az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9 000 manat (1,8 AZN) məbləğində müavinət verilirdi.

2006-cı ilin yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minib və aztəminatlı ailələrə ünvanlı yardımlar edilməyə başlanılıb. Bununla da, “uşaqpulu” ləğv olunub.

Deputat T.Kərimli söyləyib ki, payız sessiyasında “uşaqpulu”nun  təyin olunması üçün optimal variantlar ətrafında müzakirələrin aparılması, ekspert rəylərinin dinlənilməsi gözlənilir.

Millət vəkili digər vacib məsələnin də gündəmdə olduğunu deyib. Onun sözlərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının yenidən formalaşdırılması ilə bağlıdır.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir. Qurumun bütün üzvləri Milli Məclis tərəfindən seçilir.

Seçki Məcəlləsinə əsasən, MSK-nın 6 üzvü Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı, 6 üzvü bitərəf deputatları, 6 üzvü isə parlamentdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Bildirək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR