Slimfit
  1. AZƏRBAYCAN

Parlamentin 100 illiyi ilə bağlı keçiriləcək iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq ölkələrin adları açıqlanıb

Parlamentin 100 illiyi ilə bağlı keçiriləcək iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq ölkələrin adları açıqlanıb
Sakura

Parlamentin 100 illiyi ilə bağlı keçiriləcək iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq…

Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı sentyabrın 21-də keçiriləcək təntənəli iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq ölkələrin adları açıqlanıb.

Milli Məclisin Mətbuat katibi Akif Təvəkküloğlu “Report”a açıqlamasında deyib ki, təntənəli iclasda Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan parlament sədrləri səviyyəsində təmsil olunacaq: “Əlavə bir neçə ölkə də var ki, onların da sədr səviyyəsində tədbirə qatılması gözlənilir. Yubiley tədbirinə Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın isə parlament sədrlərinin müavinləri qatılacaqlar”.

A.Təvəkküloğlu qeyd edib ki, təntənəli iclasa ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri qatılacaq.

Xatırladaq ki, tədbirə 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Bundan əlavə, 40-a yaxın ölkənin nümayəndəsinin də yubiley tədbirində iştirakı nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR