Slimfit
  1. CƏMİYYƏT

Parlamentdə eyni məsələ ilə bağlı iki qanun layihəsi?

Parlamentdə eyni məsələ ilə bağlı iki qanun layihəsi?
Sakura

Parlamentdə eyni məsələ ilə bağlı iki qanun layihəsi?

Milli Məclisin payız sessiyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Ens.az xəbər verirki,bu barədə Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

O bildirib ki, qanun layihəsinin üzərində iş aparılır.

Bundan əvvəl, 2011-ci ildə deputat  Qüdrət Həsənquliyev Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim edib.

T.Gəncəliyev isə deyib ki, yeni hazırlanan qanun layihəsinin Q.Həsənquliyevin müəllifi olduğu sənədlə əlaqəsi yoxdur.

Məsələ ilə bağlı Q.Həsənquliyev də saytımıza açıqlama verib. Millət vəkili söyləyib ki, təki qanun qəbul edilsin.

“Həmin qanun layihəsini özləri hazırlayırlar. Təki qəbul olunsun. Müzakirələr zamanı yəqin ki, mən də təkliflər verərəm”,- deyə Q.Həsənquliyev əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR