Slimfit
  1. SİYASƏT

Parlament komitəsinin onlayn iclası keçirilib

Parlament komitəsinin onlayn iclası keçirilib
Sakura

Parlament komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Parlamentin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iclasda “Hərbi qulluqçuların statusu haqqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə sənəd (ikinci oxunuş) müzakirə edilib.

Komitə sədri Bəxtiyar Əliyev adıçəkilən qanunlara təklif olunan dəyişikliklər haqqında məlumat verib.

Bildirib ki, ölkəmizdə elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək, elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədi ilə Prezident İlham Əliyevin 2019-cu il 11 iyun tarixli fərmanı ilə “Elmi dərəcələrin verilmə qaydası” və “Elmi adların verilmə qaydası” haqqında əsasnamələr təsdiq edilib. Fərmanda elmi dərəcələr və adların verilmə qaydaları, xarici ölkələrdə verilmiş elmi dərəcə və adların nostrifikasiyası, elmi dərəcədən və elmi addan məhrumetmə, elmi dərəcə və adların bərpası və digər məsələlər öz əksini tapıb. Mövcud layihə yuxarıda qeyd olunan Fərmanla əlaqədar hazırlanıb və müvafiq qanunvericiliyə uyğunlaşdırmaq məqsədi daşıyır.

Komitə üzvləri Musa Qasımlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, İsa Həbibbəyli, Afət Həsənova, Rəfael Hüseynov, Anar İsgəndərov, Pərvin Kazımzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə və Fatma Yıldırım iclasda çıxış edərək sənədlə bağlı fikirlərini bildiriblər.

İclasın sonunda qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR