Slimfit
  1. AZƏRBAYCAN

Parlament bir neçə əsasla buraxıla bilər

Parlament bir neçə əsasla buraxıla bilər
Sakura

Parlament bir neçə əsasla buraxıla bilər

Ötən həftə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasında gözlənilməz qərar qəbul edildi. İclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı çıxış etdi. Qəbul edilən qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

 

Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar tərəfindən bu cür addımın atılması Konstitusiyaya uyğun olub-olmaması haqqında da suallar yaratdı.

 

Bu barədə Modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Milli Məclisin buraxılması haqqında prosedurları izah edib. O qeyd edib ki, YAP Siyasi Şurasının bu addımı tamamilə Konstusiyaya uyğundur:

 

“Konstitusiyanın 98-ci maddəsinə əsasən parlament bir neçə əsasla buraxıla bilər. Maddənin 1-ci bəndinə görə, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Milli Məclis buraxıla bilər. Həmçinin Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır. Bu, məsələnin hüquqi tərəfidir.

 

Nəyə görə YAP-ın bu barədə müraciət etməsinə gəlincə, partiyanın açıqlamasına görə, ölkədə gedən islahatlara uyğun olaraq, parlamentin yenilənməsinə ehtiyac var. Eyni zamanda onlar özlərinin deputat tərkibini təzələmək niyyətindədirlər.

 

Əslində biz, doğrudan da, parlamentdən çox şey gözləyirik. İlk növbədə qəbul etdiyi qanunların keyfiyyəti yüksək səviyyədə olmalıdır. Diqqət etsəniz, əvvəlki illərdə tez-tez parlamentin növbədənkənar iclasları olub. Niyə? Əgər parlament öz fəaliyyətini səmərəli şəkildə qurarsa, buna ehtiyac da qalmaz.

 

Parlament ciddi beynəlxalq fəaliyyətlə məşğuldur və bu faəliyyətin də hazırda intensivləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, YAP-ın belə bir çıxışla müraciət etməsi uğurlu qərardır. Həmçinin prezidentin yeni çağırışlara uyğun olaraq, dövlət orqanları qarşısında daha mühüm vəzifələr qoyması müsbət haldır”.

Ə. Nuriyevin sözlərinə görə, Milli Məclisdə 25 nəfər deputatı olan partiya fraksiya yarada bilər:

 

“Parlamentdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların sayı çox olduğundan partiyanın belə bir imkanı var. Bu imkandan istifadə edib, partiya yeni parlament seçkiləri üçün müraciət edib. Hesab edirəm ki, bu daxili nizamnamə, həm də konstitusiyaya uyğundur. Parlament bu müraciətə baxıb, dəyərləndirmə aparacaq. Milli Məclis müraciəti qəbul etməsə belə, işini davam etdirə bilməyəcək. Çünki yetərsay hesab olunan 83 deputat səsi toplanmır və yenə də parlament buraxılmaq məcburiyyətində qalacaq. Hər iki halda məsələ YAP-ın xeyrinə həll olunacaq”.

 

Hüquqşünas onu da əlavə edib ki, qərar qəbul edilib, növbədənkənar seçkilər keçirilənə qədər indiki parlament öz fəaliyyətini davam etdirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR