Parklanmaya görə edilən cərimənin məbləği açıqlanıb
Parklanmaya görə edilən cərimənin məbləği açıqlanıb.
Ens.Az-ın məlumatına əsasən,Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, parklanmaya görə ödənişin edilməməsi və ya parklanma yerindən ödəniş edilən müddətdən artıq istifadə üçün əlavə ödənişin edilməməsi, nəqliyyat vasitəsinin qanunla müəyyən olunan parklanma üsulunu pozmaqla parklanmasına görə şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 10 manat məbləğində cərimə edilir.
Xatırladaq ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər iki aydır yalnız nağdsız qaydada mobil tətbiq üzərindən və sms vasitəsilə həyata keçirilir. Yeni qaydaların tətbiqi ilə bu sahədə şəffaflaşma müşahidə edilir.
Bu günə olan statistikaya əsasən, 180 minədək insan mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 16 mindən çox şəxs isə balansın artırılması əməliyyatını həyata keçirib.
Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.
Parklanmaya tələbat az olan ərazilərdə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət