Yaponiyanın Kioto Universitetinin alimləri Parkinson xəstəliyinin müalicəsi üçün induksiya edilmiş gövdə…
Yaponiyanın Kioto Universitetinin alimləri Parkinson xəstəliyinin müalicəsi üçün induksiya edilmiş gövdə hüceyrələrinin (iPS hüceyrələr) transplantasiyası üzrə ilk uğurlu əməliyyat keçiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, 50 yaşlı kişi üzərində aparılan əməliyyat zamanı onun beyninə induksiya edilmiş gövdə hüceyrələrindən əldə edilən əsəb hüceyrələri köçürülüb. Cərrah Takayuki Kikuiti tərəfindən aparılan üçsaatlıq əməliyyat ərzində xəstənin alın sümüyünün sol hissəsinə universitetdə yetişdirilən 2,4 milyon gövdə hüceyrəsi köçürülüb.
Məlumata görə, hazırda həkimlər tərəfindən xəstənin vəziyyətinə nəzarət davam etdirilir. Yaponiyada parkinsonizm diaqnozlu xəstələrin sayı 160 min təşkil edir.
Yaponiya alimi Sinya Yamanaka 2012-ci ildə gövdə hüceyrələrinin tədqiqi sahəsində tibb və fiziologiya üzrə Nobel mükafatına layiq görüldükdən sonra həm Yaponiya cəmiyyəti, həm də Yaponiya hökuməti tərəfindən bu mövzuya maraq artıb və nəticədə regenerativ tibb elmin inkişafının prioritet istiqamətlərindən biri elan olunub. “iPS” hüceyrələri müəyyən kimyəvi təsir nəticəsində istənilən tip hüceyrəyə çevrilə bilir ki, bu da nəzəri baxımdan müxtəlif orqanlar üçün toxumalar yetişdirməyə imkan verir. Bununla belə, bir sıra mütəxəssisin fikrincə, yetişdirilən toxumaların orqanizmə köçürülməsi bədxassəli şişlərin yaranmasına səbəb ola bilər.
Parkinson xəstəliyi yuxarı yaş qruplu insanlar üçün xarakterik olan zəif inkişaf edən xroniki nevroloji xəstəlikdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət