Dərc edildi: Baxış sayı: 689
Parisdə Yapon turistdən 840 min dollar dəyərində saat oğurlanıb
Yaponiyadan gələn turist oteldən cölə çıxıb siqaret çəkmək istəyəndə ondan 840 min dollar dəyərində saat oğurlayıblar.
Trend-in məlumatına görə, bir naməlum şəxs axşam saatlarında beş ulduzlu otelin yaxınlığında dayanan 30 yaşlı yapon turistə yaxınlaşaraq siqaret istəyib. Sonra oğru turistin əlindən tutub bahalı saatını götürüb və qaçıb.
Qeyd edək ki, mürəkkəb daxili mexanizmləri aşkar edən böyük həcmli bu cür saatlar peşəkarlar tərəfindən yüksək qiymətləndirilir və bu Fransada oğrulara yaxşı məlumdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət