Slimfit
  1. DÜNYA

Parisdə Qərb qoşunlarının Ukraynaya göndərilməsinə qarşı nümayiş keçirilib

Parisdə Qərb qoşunlarının Ukraynaya göndərilməsinə qarşı nümayiş keçirilib
Sakura

Parisdə Qərb qoşunlarının Ukraynaya göndərilməsinə qarşı nümayiş keçirilib

Parisin tarixi yeddinci rayonunda yerləşən Vauban meydanında Qərb qoşunlarının Ukraynaya göndərilməsinə qarşı nümayiş keçirilib.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,bu barədə Rusiya mətbuatı məlumat verib.

“Biz Ukraynada münaqişənin gərginləşməsi ilə razı olmadığımızı söyləməyə gəldik. Deputatlar Fransa konstitusiyasında təsbit edilən məsələnin parlamentdə müzakirə olunmasını və səsvermənin keçirilməsini tələb etməlidirlər”, - çağırışı ilə aksiyanın təşkil edildiyi Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot nümayiş zamanı bildirib.

Nümayişçilər Aİ və NATO bayraqlarını cırıb, əvəzində Fransanın üçrəngli bayrağını açıblar. "Yaşasın azad Fransa! - deyə parislilər qışqırdılar. Məqsədlərimizdən biri Fransanın NATO-dan çıxmasıdır. Bu ittifaq bizi daim müharibəyə doğru sövq edir və düşmən axtarır”, - deyə Filippo Aİ-nin də eyni şeyi etdiyini əlavə edib.

Etirazçılar əllərində bu sözləri yazılmış lövhələr götürüblər: "Biz Ukrayna üçün ölmək istəmirik", "Kiyevə silah vurmağı dayandıraq", "Ukraynada sülh yolu ilə nizamlanma üçün", - deyə şüarlar səsləndiriblər.

Etirazçılar respublikanın Avropa İttifaqından çıxmasını və NATO üzvlüyünə son qoymasını tələb ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR