Slimfit
  1. İDMAN

Paralimpiyaçılarımız Dünya Kubokunda üçüncü qızıl medal qazandılar

Paralimpiyaçılarımız Dünya Kubokunda üçüncü qızıl medal qazandılar
Sakura

Paralimpiyaçılarımız Dünya Kubokunda üçüncü qızıl medal qazandılar

Azərbaycanın Pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandasının üzvü Şamo Aslanov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

107 kiloqrama qədər çəki dərəcəsində yarışan idmançımız 215 kiloqram çəkini qaldıraraq fəxri kürsünün birinci pilləsinə yiyələnib.

Eyni çəki dərəcəsində ikinci yeri 215 kiloqramlıq çəki ilə Səudiyyə Ərəbistan Krallığından olan idmançı Əl Najim Xalid qazanıb. Onun bədən çəkisi Şamo Aslanovun bədən çəkisindən yüksək olduğuna görə, eyni çəkini qaldırsalar da, birinci yerə Şamo Aslanov layiq görülüb.

Üçüncü yerə isə 208 kiloqram çəki ilə gürcüstanlı idmançı Akaki Cintçaradze layiq görülüb.

Xatırladaq ki, bir neçə gün öncə eyni yarışda 49 kiloqram çəki dərəcəsində yarışan idmançımız Pərvin Məmmədov qızıl medala layiq görülmüşdü.

Ötən gün isə idmançımız Elşən Hüseynov qızıl, Nurlan Babacanov isə bürünc medala yiyələnib.

Bu qələbə ilə idmançılarımız "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR