Slimfit
  1. DÜNYA

Papa niyə əlinin öpülməsinə icazə vermir?

Papa niyə əlinin öpülməsinə icazə vermir?
Sakura

Papa niyə əlinin öpülməsinə icazə vermir?

Papa Fransisk Loretoya ziyarət zamanı insanların əlini öpməsinə icazə verməyib. Həmin görüşdən sonra internetdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, müzakirələrə son qoymaq üçün Vatikan sözçüsü Alessandro Gisotti bu barədə jurnalistlərə açıqlama verib.

O bildirib ki, Papa gigiyenik səbəblərə görə əlini öpdürmür.

“Papa xüsusən də, belə böyük izdihamların olduğu yerlərdə insanların bir-birinə virus yaymaması üçün əlinin öpülməsinə razı olmur.

Papalığın möhürü hesab edirlən “balıqçı üzüyü”nü öpmək katolik dünyasında ən yüksək mərtəbəyə hörmət əlamətini ifadə edir.

Ancaq argentinalı Papa bu vəzifəyə gələndən həmin adətdən uzaq durmağa çalışır. Papa Fransiskin bu hərəkəti katolik dünyasında bəziləri tərəfindən “təcazökar bir hərəkət” kimi qəbul edilsə də, mühafizəkar katoliklər bunu heç də xoş qarşılamır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR