Slimfit
  1. CƏMİYYƏT

Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək

Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək
Sakura

Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək

“Xaricdən, Türkiyə və Rusiyadan gələn həkimlər Azərbaycan həkimlərinin həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirirlər”.

Ens.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu çətin məqamda təcrübə mübaliləsi vacibdir: “Azərbaycanda artım var və belə bir vaxtda təcrübə mübadiləsi vacibdir. Azərbaycanda yoluxma az olanda bizim də həkimlərimiz başqa ölkələrə köməyə gedə bilərlər. Həkimlərimiz arasında yoluxma və ölüm halları olan halda belə dəstək vacibdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Kubadan da Azərbaycana həkimlər gələcək: “Kubanın dünyada böyük təcrübəsi var. Xüsusən Kubanın Ebola virusuna qarşı böyük təcrübəsi var. Kuba və Azərbaycan arasında dostluq münasibəti mövcuddur və imzalanmış sazişə uyğun olaraq Kubadan həkimlər gələcək”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR