Slimfit
  1. DÜNYA

Pandemiya nə zaman və necə bitəcək? - Professor aysberqin görünməyən tərəflərini açıqladı

Pandemiya nə zaman və necə bitəcək? - Professor aysberqin görünməyən tərəflərini açıqladı
Sakura

Pandemiya nə zaman və necə bitəcək? - Professor aysberqin görünməyən tərəflərini açıqladı

Dünyada qeydə alınan koronavirusa yoluxma faktları aysberqin görünən tərəfidir.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri BMT yanında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkiyə üzrə nümayəndəsi Toqer Ergüder deyib.

Onun sözlərinə görə, virusu daşıyanların 80 faizi heç bir simptom büruzə vermir: “Yəni 80 faiz insan asimptomatik olduğuna görə yoluxma saylarını, ən az, 6-7-yə vurmaq lazımdır. Bu gün etibarilə yoluxma 8 milyonu, ölüm 450 mini keçib. Pandemiyanın mərkəzi ABŞ olub. Ümumi yoluxma və ölüm sayının yarısı bu qitənin payına düşür”.

Professor qeyd edib ki, pandemiyanın nə zaman bitəcəyinə dair ÜST-ün heç bir proqnozu və ya ehtimalı yoxdur: “Bu mövzu ilə bağlı bir neçə ssenari var. Ya bu virusa qarşı peyvənd tapılacaq və 7 milyard insan peyvənd olunacaq, ya da bir dərman tapılacaq. Bundan başqa, virusun mutasiyaya uğrayaraq insan orqanizminə öyrəşməsi və təhlükə törətməməsinə ümid edilir. Üçüncü ehtimal isə toplumun 60 faizinin immunitet qazanmasıdır ki, bu ehtimal ən pisidir. Hazırda əlimizdə nə peyvənd var, nə də dərman. Ona görə də özümüzü qorumalıyıq”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR