Dərc edildi: Baxış sayı: 462
Pandemiya ilə əlaqədar “Son zəng” unikal formada keçiriləcək
Koronavirusun bütün dünyada tüğyan etdiyi dövrdə bir sıra kütləvi tədbirlər, mərasimlər təxirə salınıb.
Qırğızıstanda “qara siyahı”ya düşən tədbirlər siyahısında məktəblilərin böyük həyəcanla gözlədiyi “Son zəng” də var.
Ölkə hökuməti şagirdlərin bu arzusunu bacardığı qədər reallaşdırmaq üçün tədbiri keçirmək qərarına gəlib. Lakin Təhsil nazirinin müavini uşaqların sağlamlıqlarının və təhlükəsizliyinin hər şeydən önəmli olduğunu bildirərək, tədbirin ənənəvi formada olmayacağını bildirib. Belə ki, “Son zəng”in onlayn formada keçirilməsi planlaşdırılıb.
Məlumata görə, telekanallarda “Mən məktəbi bitirdim” aksiyası keçiriləcək, məktəbliləri isə məşhurlar təbrik edəcək.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət