Slimfit
  1. CƏMİYYƏT

“Pandemiya dövründə dayanıqlı internet görmədik”

“Pandemiya dövründə dayanıqlı internet görmədik”
Sakura

“Pandemiya dövründə dayanıqlı internet görmədik”

Fazil Mustafa: “Gördük ki, ölkədə internetlə bağlı problem var”

 

Milli Məclisin bu gün baş tutan iclasında Azərbaycanın rabitə-internet sistemi tənqid olunub. Ens.az AYNA-ya istinadən xəbər verir ki, deputat Fazil Mustafa koronavirus dövründə ən uğursuz işləyən nazirlik kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini göstərib.

 

Millət vəkilinin sözlərinə görə, əhali pandemiya dövründə dayanıqlı internet görməyib.

 

“Tez-tez onlayn əlaqə kəsilirdi. Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət mühakimə icraatında müasir informasiya-kommunukasiya texnologiyalarının imkanlarından istifadə edilməsi, habelə xüsusi karantin rejimində və digər xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsi təmin olunacaq. Bəs biz bu videokonfransı mövcud internetlə həyata keçirə biləcəyikmi? Pandemiya dövründə gördük ki, ölkədə internetlə bağlı problem var", F.Mustafa əlavə edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR