Slimfit
  1. AVTO VƏ MOTO

“PANASONİC”, yürüşü artırmaq üçün “TOYOTA” elektromobillərini günəşli damla təmin etdi

“PANASONİC”, yürüşü artırmaq üçün “TOYOTA” elektromobillərini günəşli damla təmin etdi
Sakura

“PANASONİC”, yürüşü artırmaq üçün “TOYOTA” elektromobillərini günəşli damla təmin etdi

“Panasonic” şirkəti avtomobilin damında yerləşdirilmiş yeni günəş batareyasının hazırlanmasının başa çatdığını bildirib. "HİT Photovoltaic Module for Automobile" adlanan model “Toyota Prius Prime”ın damında sınaqdan keçiriləcək.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin damında günəş batareyasını yerləşdirmək ideyası yeni deyil, lakin onun tam yerinə yetirilməsi mövcud modulların aşağı effektivliyinə mane olur – istehsal olunan enerji maşının elektrik ehtiyacları üçün çox azdır. Məsələn, “Prius”un damında əvvəllər quraşdırılan fotoelementlər 50 Vatt güc verirdilər ki, bu da sərinkeşlərin qidalanmasına güclə çatırdı.

“Panasonic”in yeni batareyası 180 Vt-yə qədər güc verə bilər ki, bu da elektromobilin güc akkumulyatorunun və 12V gücündə adi batareyanın tam elektrik enerjisi ilə təchiz edilməsi üçün kifayətdir.Adi avtomobil günəş panelləri onlarla vatt gücündə enerji verir ki, bu da kiçik bir əlavəyə - 12 volt gücündə olan batareyanı və dayanacaqdakı sərinkeşi enerji ilə təchiz etməyə tam bəs edir. “Panasonic”in, təxminən, 180 vatt verən yeni günəş fotoelementlərindən istifadəsi, həm litium-ion, həm 12 voltluq akkumulyatorları doldurmağa, həm də elektromobilin yürüşünü artırmağa və ya yanacağa qənaət etməyə imkan verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR