Slimfit
  1. İQTİSADİYYAT

Pambıq yığımı ərəfəsində pambıqçılara mütəxəssis məsləhəti

Pambıq yığımı ərəfəsində pambıqçılara mütəxəssis məsləhəti
Sakura

Pambıq yığımı ərəfəsində pambıqçılara mütəxəssis məsləhəti

Salyan rayon Dövlət Sort-Sınaq Məntəqəsinin 15 hektar sahəsində pambıq əkilib və hazirda 1 hektar sahədə 19 sort sınaqdan keçirilir. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, məntəqənin rəhbəri Balaeyvaz Hüseynovun sözlərinə görə, sınaqdan keçirilən sortlardan 16 sort Azərbaycan Elmi-Tədqiqat Pambiqçılıq İnstitutunun sortlarıdır, digər 3 sort isə Türkiyədən gətirilib.

Məntəqə rəhbəri artıq yaxın günlərdə ölkədə pambıq yığımının başlayacağını deyib: “Fermerlərə məsləhət görmək istərdim ki, onlar pambığı 2 dəfə sulayıblarsa, sonuncu suvarma işlərini də aparsınlar. Hər bir pambıq qozasının yetişkənliyi və çəkisinin artırılması üçün mütləq sonuncu suvarma həyata keçirilməli, sahə alaq otlarından təmizlənməli, həmçinin pambıq kollarıının ucları vurulmalıdır”.

Balaeyvaz Hüseynov pambıq yığımı ərəfəsində sahədə görülməli olan hazırlıq işləri barədə də tövsiyələrini verib. “Fermer öz məhsulunu kombaynla yığmağı planlaşdırırsa, gərək əvvəlcədən sahəsində hazirliq işləri aparsın. Əvvəlcə sahəyə baxış keçirilməlidir. Əgər pambıq qozalarının 50-60 faizi açılıbsa, onda kollar defilyasiya olunmalıdır. Yarpaqlar tam töküldükdən sonra yığıma başlamaq olar. Pambıq sahəsi kombaynla yığıma hazırlanmayıbsa, onda fermer istehsal etdiyi pambığı əllə toplamalıdır. Əllə yığılan pambıq sahəsinin defilyasiya olunması məqsədəuyğun sayılmır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR