Slimfit
  1. AZƏRBAYCAN

“Pakistan in the World” jurnalı Zəngilanın Ermənistan tərəfindən işğalından yazır

“Pakistan in the World” jurnalı Zəngilanın Ermənistan tərəfindən işğalından yazır
Sakura

“Pakistan in the World” jurnalı Zəngilanın Ermənistan tərəfindən işğalından yazır

“Pakistan in the World” jurnalının elektron səhifəsində “Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 29 oktyabr tarixinin Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü kimi yad olunduğu bildirilir, rayonun coğrafi mövqeyi barədə məlumat verilir, strateji mövqedə yerləşdiyi diqqətə çatdırılır.

Məqalədə Zəngilanın Çar Rusiyası tərəfindən işğalından başlayaraq Sovet dövrünə qədər keçdiyi inzibati-ərazi bölgüsü barədə də məlumat verilir, 1967-ci ildə Zəngilana şəhər statusu verildiyi qeyd olunur. Eyni zamanda, bölgənin sovet dövründə mənəvi və maddi itkilərə məruz qaldığı, kollektivləşmə və repressiyaların burada ciddi iz qoyduğu vurğulanır. Həmçinin Zəngilanın təbiəti, bölgədə yerləşən dağ silsilələri, iqlim şəraiti haqında söhbət açılır.

Yazıda Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlıların 67 gün tam mühasirə şəraitində ermənilərə sinə gərdiyi, 1993-cü il oktyabrın 25-29-da Zəngilan rayonunun əhalisinin son anadək vuruşaraq Araz çayını keçdiyi, İran ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdığı və Ermənistanın işğalı ilə rayonun böyük fəlakətlə üz-üzə qaldığı qeyd olunur.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR