Slimfit
  1. AVTO VƏ MOTO

Pacific M25 – tank üçün evakuator

Pacific M25 – tank üçün evakuator
Sakura

Parketmə qaydalarını pozanlar üçün evakuatorları hamımız tanıyırıq – onlara istənilən şəhərin küçələrində…

Parketmə qaydalarını pozanlar üçün evakuatorları hamımız tanıyırıq – onlara istənilən şəhərin küçələrində rast gəlmək olar. Tank üçün evakuator isə daha ekzotik maşındır və ilk növbədə tankları dislokasiya yerlərinə çatdırmaq üçün istifadə olunur. M25 bu tipdə olan ən maraqlı modellərdən biridir.

Pacific Car & Foundry Company dəfələrlə adınə və baş qərargahını dəyişib. Əsası 1905-ci ildə Seattle Car Manufacturing Company kimi qoyulan şirkət hazırda Kenworth və Peterbilt kimi məşhur brendlərin sahibi Paccar korporasiyası kimi tanınır. Şirkət şəxsi Pacific brendini isə bir neçə il əvvəl yaradıb. Yük maşınlarından başqa şirkət müxtəlif dövrlərdə dəmiryol texnikası hazırlayırdı və hərbi müqavilələrlə, əsasən tank istehsalı üzrə müqavilələrlə yaxşı pul qazanıb.

Müharibənin əvvəlində hərbi yük maşınları istehsal edən hərbi monopolist Diamond T şirkəti idi (onların maşınları SSRİ-də də çox idi). 1941-ci ildə istehsal edilən və istifadəsinə başlanılan Diamond T 981 Tank Transporter adlı tank daşıyıcısı da model sırasında var idi. T 981-ə Shelvoke və ya Drewry yarı qoşquları qoşulurdu və bütün bu konstruksiya 30 tona qədər, yəni yüngül çəkili tankları daşıya bilirdi. Ağır tankların daşınması problem olaraq qalırdı. Məhz bu problemi Pacific həll etməyə qərar verdi.

M25 Tank Transporter 1943-cü ildə hazırlandı. Yarı qoşqunu Pacific Fruehauf Trailer Corporation adlı detroyt şirkətinə, yedəyin dizaynını isə Knuckey Truck Company adlı başqa şirkətə sifariş verdilər. Maşına 240 gücə malik 6 silindrli Hall-Scott 440 mühərriyi quraşdırıldı. Bronlu kabinədə 7 nəfər ekipaj yerləşə bilirdi. Maraqlıdır ki, M25 “yedək+qoşqu” kombinasiyasına aid idi, ayrılıqda onlar M26 və M15 kimi adlandırılırdı. Müharibə dövründə müştərək istehsal çox yayılmışdı – şirkətlərə dövlət sifarişini yerinə yetirmək üçün sərfəli idi, təklikdə etmək sərfəli deyildi.

1943-cü ildə Pacific yedək istehsal edirdi, Fruehauf isə yarı qoşqu. Müharibədən sonra 1955-ci ilə qədər istehsal olunan bronsuz mülki versiya – M26A1 hazırlandı. Tank yedəyi üçün növbəti hərbi müqaviləni Mack M123 modeli ilə Mack şirkəti əldə etdi.

Tərcümə: Famil Ələkbərov

Mənbə: Populyarnaya Mexanika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR