Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Özünütəcrid zamanı istehlak olunmalı ürək fəaliyyətini yaxşılaşdıran 7 məhsul

Özünütəcrid zamanı istehlak olunmalı ürək fəaliyyətini yaxşılaşdıran 7 məhsul
Sakura

Özünütəcrid zamanı istehlak olunmalı ürək fəaliyyətini yaxşılaşdıran 7 məhsul

Bu yeddi məhsul, kalium, maqnezium və digər maddələrlə zəngin olması səbəbi ilə, xolesterinin tənzimlənməsinə kömək edir və ürəyə, qan dövranı sisteminə çox fayda gətirir. Ürək-damar sisteminizi dəstəkləmək üçün onlardan özünü təcrid vaxtı istifadə edin.

Ens.az saytının məlumatına görə, sağlam vərdişlər olduğu təqdirdə, ürək yaxşılaşdıran məhsulların effekti də çoxalır. Əks göstəriş yoxdursa, həftədə üç dəfə ən az 30 dəqiqə idman etmək vacibdir.

Bu məhsullar müxtəlif səbəblərdən tövsiyə olunur. Bəziləri ürək əzələsinin düzgün işləməsi üçün zəruri olan maqneziumu yaxşı dozada verir. Digərləri əla kalium, omega-3 yağ turşuları, antioksidan vitaminlər, həmçinin xolesterinin miqdarına təsir edən maddələrdir.

Qoz. Onun yağları miokard vəziyyətini yaxşılaşdırır - gündə beş-altı ədəd yeməklə, qəfil ürək tutması, infarkt ilə əlaqəli olan işemik xəstəlikdən müdafiənizi xeyli artıra bilərsiniz. Bu meyvə əhəmiyyətli miqdarda alfa-linolenik turşusu ilə yanaşı, əvəzolunmaz omeqa 3 və balanslaşdırılmış omeqa 6 ilə zəngindir.

Anakardium - Stressin ürək-damar sisteminə təsirini azaldan B vitaminləri ilə zəngindir. Tərkibindəki bol maqnezium ürək əzələlərinin rahatlanmasına kömək edir. Məhsuldakı doymamış yağ xolesterini azaltmağa kömək edir, ürəyi işemik xəstəliklərin yaranmasından qoruyur.

Armud. Sidikqovucu effektə malikdir, hipertoniyanın inkişafının qarşısını alır. Bu meyvədə həll olunan lif qan qlükozasını yaxşılaşdırır, xolesterinin udulmasını aşağı salır. Məhsul aşağı kalorili məzmunu ilə xarakterizə olunur ki, bu da özünü təcrid vəziyyətində əlavə bir üstünlükdür.

Zeytun yağı. Mütəmadi istifadəsi qan laxtalarının meydana gəlməsini azaldır, damarların vəziyyətini sağlamlaşdırmaqla xolesterin istehsalını normaya salır. Məhsul aterosklerozu azaltmaq, stenokardiya və ürək tutmaları riskini azaltmaq üçün yüksək dərəcədə təsirlidir. Bundan əlavə, özünütəcrid vəziyyətində başqa bir vacib effektə malikdir - qəbizliyin qarşısını alır, qaraciyərin işini normallaşdırır.

Qreypfrut. Tərkibində az miqdarda natrium və sidikqovucu effekt verən kaliumla zəngin olması hipertoniyalı insanlar üçün tövsiyə olunur. Məhsulda C vitamini və qanı duruldan flavonoid narinqin də var - bu qan damarlarının vəziyyətini və fəaliyyətini yaxşılaşdırmaq üçün ideal bir birləşmədir.

Yulaf yarması- Yulafın tərkibində zülallar və sağlam yağlar olması onu digər dənli bitkilərdən üstün edir . Digər bir üstünlüyü isə beta-qlukanların bolluğudur ki, bunun sayəsində orqanizm tərəfindən az miqdarda xolesterinin udulması təmin olunur.

Soğan, sarımsaq. Ürək-damar sistemini sağaltmaq üçün əla məhsullardır: onlar qanı durulaşdırırlar, aterosklerozun qarşısını alırlar, həmçinin tac damarlarda qan dövranını yaxşılaşdırırlar.

Mənbə: www.med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR