Slimfit
  1. CƏMİYYƏT

Özünütəcrid rejimindən çıxanlar psixoloji problemlərlə üzləşə bilərlər - XƏBƏRDARLIQ

Özünütəcrid rejimindən çıxanlar psixoloji problemlərlə üzləşə bilərlər - XƏBƏRDARLIQ
Sakura

Özünütəcrid rejimindən çıxanlar psixoloji problemlərlə üzləşə bilərlər - XƏBƏRDARLIQ

Əhalinin bir hissəsi üçün özünütəcrid rejimindən çıxaraq normal həyata qayıdış psixoloji gərginlik və fobiyalarla müşayiət oluna bilər.

TASS xəbər verir ki, bunu tibb elmləri doktoru, professor, Rusiyanın əməkdar həkimi, RF Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun elm üzrə direktor müavini Yuri Bubeyev deyib.

Həkimin sözlərinə görə, karantin rejiminin yumşaldılmasından sonra bəzi insanlar özünütəcrid halından normal həyata qayıtmaq istəməyəcəklər.

“Bu problem mütləq yaşanacaq. Sözügedən qorxu – fobiyaların müəyyən növüdür və insanlar bunu dəf etməli olacaqlar. Əgər bunu müstəqil şəkildə icra etməyi bacarmasalar, psixoloqun, yaxud psixoterapevtin köməyinə müraciət olunmalıdır. Bəzi hallarda hətta dərman müalicəsi tətbiq edilə bilər”, - Y.Bubeyev bildirib.

Ekspertin fikrincə, məcburi özünütəcrid orqanizm üçün stressdir. Buna görə də, həmin haldan çıxış psixi travmaya çevrilə bilər. Bu cür fobiyaların arasında ən geniş yayılanı isə evdən ictimai yerlərə çıxmaq qorxusunun yaranmasıdır. Çünki həmin yerlərdə koronavirusa yoluxma riski daha böyükdür.

Psixoterapevt dəqiqləşdirib ki, əhalinin böyük hissəsi adi həyata asanlıqla qayıda biləcək. Adi iş rejiminə uyğunlaşmaq üçün uzağı bir həftə lazımdır. Adaptasiya prosesinin asanlaşdırılması məqsədilə həkim idmanla məşğul olmağı və bədənin fiziki vəziyyətinə fikir verməyi tövsiyə edib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR