Slimfit
  1. CƏMİYYƏT

Özünü yandıran Qarabağ döyüşçüsünün fəryadı: “İstəmirəm ki, kiməsə zülm verim”

Özünü yandıran Qarabağ döyüşçüsünün fəryadı: “İstəmirəm ki, kiməsə zülm verim”
Sakura

Özünü yandıran Qarabağ döyüşçüsünün fəryadı: “İstəmirəm ki, kiməsə zülm verim”

Bərdə sakini İlham Nəsibov özünə qəsd edib. 

Baku Tv xəbər verir ki, səhhətində ciddi problemlər olan İ.Nəsibov Qarabağ müharibəsində  iştirak edib. Ağrılara və ayağındakı diabetik qanqrenaya dözə bilməyən 63 yaşlı vətəndaş özünü yandırmaq qərarına gəlib. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, İ.Nəsibov avqustun 27-dən xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır:  

“Özünün dediyinə görə, nə ev-eşiyi, nə də qalmağa yeri var. Xəstəliyi ayağındakı diabetik qanqrena ilə bağlıdır. Bu gün onun ayağındakı diabetik qanqrenadan kəskin qoxunun gəlməsi 63 yaşlı xəstəni intihara sövq edib”. 

 İ.Nəsibov özünə qəsdin səbəbini belə izah edib: 

“Burada məndən beziblər. Digər xəstələr gəlib deyir ki, ayağından iy gəlir. İstəmirəm kimsə mənim əziyyətimi çəksin, istəmirəm kiməsə zülm verim”.  

Həkimlərin köməyi ilə o, yenidən xəstəxanaya gətirilib.

İ.Nəsibova müalicə təyin olunub və bu istiqamətdə profilaktik işlər davam edir. Xəstənin ayaqlarında yanıq xəsarətləri var. Hazırda özünü yaxşı hiss edir. 

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR