“Özünü buraxan deputatlar namizəd olmamalıdır”
Keçmiş millət vəkili Nazim Bəydəmirli bildirib ki, hazırkı deputatlar növbədənkənar parlament seçkilərinə qatılmamalıdır.
Bu barədə Yenisabah.az-a danışan Nazim Bəydəmirlinin fiklrincə, bu addım məntiqsizlik olardı. “Hesab edirəm ki, özünü buraxan, indiki parlamentdə “biz prezidentin apardığı islahatlarla ayaqlaşa bilmirik” deyərək etiraf edənlər, faktiki olaraq bu fikirləri söyləyənlər növbədənkənar seçkilərində namizəd olmamalıdırlar”, -deyə o vurğulayıb.
Nazim Bəydəmirli həmçinin növbədənkənar seçkilərlə bağlı mediaya verilən izahla da razılaşmadığını deyib.
Keçmiş deputat qeyd edib ki, indiki-siyasi situatsiya imkan verərdi ki, seçkilər vaxtında keçirilsin.
“Hər bir seçkinin vaxtında keçirilməsi ölkənin sabitliyinin əlamətidir. Bu mənada mən növbədənkənar seçkilərlə bağlı ictimaiyyətə verilmiş məlumatlarla razışlamıram. Ancaq onu da qeyd etməliyəm ki, parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının mövqeyinə də hörmətlə yanaşmaq lazımdır. Belə istəyiblərsə, bu təşəbbüslə çıxış ediblər və bu onların hüququdur. Ölkəmiz 101 il bundan əvvəl parlament respublikası qurmuşdu və Avropa Şurasına daxil olan ölkələrin içində yeganə dövlətik ki, biz parlament respublikasına keçməmişik. Mən daha çox ümid edirdim ki, əgər növbədənkənr seçki keçiriləcəksə, buna bir hazırlıq olacaqsa ilk növbədə referendum keçirilib, proparsional seçki sisteminə keçiriləcək, ondan sonra da parlamentin yenidən seçilməsi həm də prezident seçkiləri ilə gələcəkdə üst-üstdə düşməsini təmin etmək mümkün olacaq.
Bu mənada bunun izahı cəmiyyət tərəfindən normal şəkildə qarşılanmadı, belə olmuş olsaydı biz də ona normal yanaşa bilərdik. Mənim fikrimcə, yaxşı olardı ki, seçkilər vaxtında keçiriləydi, ancaq indi artıq qərar qəbul olunub və fərman imzalanıb. Mən hesab edirəm ki, özünü buraxan, indiki parlamentdə “biz prezidentin apardığı islahatlarla ayaqlaşa bilmirik” deyərək etiraf edənlər, faktiki olaraq bu fikirləri söyləyənlər, parlamentin növbədənkənar seçkilərində namizəd olmamalıdırlar”.
Nazim Bəydəmirli qeyd edib ki, əgər bunun əksi baş versə, söylənənlərin hamısı qeyri-səmimi qəbul olunacaq və cəmiyyət həmin parlament üzvlərinə daha mənfi münasibət bəsləyəcək.
“Mən 2005-ci ildə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi üzrə seçicilərin dəstəyi ilə, hakimiyyətin də mane olmadığı şəraitdə müstəqil namizəd kimi seçkilərdə iştirak etmişəm və seçilmişəm. O zaman prezident İ.Əliyevin elan etdiyi dövlət proqramlarını dəstəklədiyimə görə jurnalistlər “YAP-ın deputatı” adlandırıblar, xatırladıram ki, mən partiya siyahısı ilə deputat seçilməmişəm. Hakimiyyət mənə vaxtında mane olmadığına görə, baxmayaraq ki, 2010 və 2015-ci il seçkilərin təşəbbüs qrupunun təkidi ilə mənim namizədliyimi irəli sürüblər və deputat seçilməyim daha da asan mümkünlüyünə rəğmən YAP-ın namizədinə mane olmamaq üçün güzəştə gedib geri çəkilmişəm. Ancaq bu illər ərzində məni seçicilər həmişə millət vəkili statusunda görüblər.
Hər bir içtimai fikirə təsir etməyi özündə potensial görən və ya buna iddialı olan şəxslər həmişə öz potensialına inanmalıdırlar, güvənməlidirlər. Bizdə majoritar seçki sistemi olmasına baxmayaraq buraxılan parlamentin əksər üzvləri iqtidar partiyasının “siyahısı” arxasında gizlənməyə üstünlük verirlər, hesab edirəm ki, bu ənənəyə son verilməlidir hər hansı siyahılar axtarmamaq şərtiylə millət vəkili adına iddialı olanlar öz gücünə, qabiliyyətinə, seçicini öz tərəfinə çkmək qabiliyyətinə görə yarışa girməlidirlər”.
Sabiq deputat bildirib ki, son müraciətlərdə insanlar bu və ya digər formada , həm sosial şəbəkələrdə, həm şəxsi görüşlərdə təkidlə onun namizədliyinin irəli sürməyini istəyirlər.
“Təbii ki, mənim insanların bu təklifini geri çevirmək fikrim yoxdur. Hesab edirəm ki, seçicilərin təşəbbüs qrupu yenə namizədliyimi irəli sürəcək. Onu da xatırladım ki, 2010-cu il seçkilərində bizim reytinqimiz 72% olmasına baxmayaraq digər namizəd, 7% reytinqi olan deputat həmkarımız Rafiq Məmmədhəsənovun seçicilərin istəyi ilə deyil inzibati resurslarla “deputat mandatı” ilə mükafatlandırılması və buna oxşar hadisələr ümumilikdə Milli Məclisin cəmiyyətdəki indiki nüfuzunun bu qədər aşağı olmasını şərtləndirən əsas amildir. Həmçinin 2015-ci ildə də yenə həmin deputat iqtidarı, YAP-ı zəif təmsil etdiyinə baxmayaraq yenidən namizədliyi irəli sürüldü və insanlar arasında hakimiyyət qollarının seçki vasitəsi ilə formalaşmasına inam-etibarı azaltdı.
Mən hesab edirəm ki, YAP-ın parlamentin özünü buraxma təşəbbüsü həm də bu səbəblərdən qaynaqlanıb. Düşünürəm ki, siyasi etika çərçivəsində mənim iki dəfə iqtidar partiyasına münasibətdə güzəşt etməyim yetərlidir və bundan nəticə çıxarılmalıdır. Hesab edirəm ki, mən və ya digərləri ədalətli seçki performansı sərgiləməlidirlər. Hamı anlamalıdır ki, millət vəkilliyi heç bir inzibati vəzifə deyil, namizədlərin yaşına və ya kiməsə yaxınlığına görə verilmiş lütf deyil, bu ada iddialı olanlar çalışmalıdırlar ki, xalqın etimadını qazana bilsin və hakimiyyətlə seçicilər arasında körpü rolunu oynaya bilsin, millət vəkili adını məsxərəyə qoya biləcək hərəkətlər etməsin və vacib dövlət orqanının fəlsəfəsini anlasın. Fikrimcə indiki şəraitdə mənim və ya başqasının real seçicilərdən mandat almağı həm də hakimiyyətin özü üçün çox vacibdir .
2010 və 2015-ci il seçkilərində hakimiyyətə etdiyim mesajı bir daha təkrar edirəm: Mənə seçilmək üçün kömək etmək lazım deyil, mane olmamaq yetərlidir. Və buna görə hakimiyyətə münasibətimin necə olması şəkillənəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət