Dərc edildi: Baxış sayı: 616
Özünə səhvən koronavirus diaqnozu qoydu və intihar etdi
Hindistanın Andhra Pradeş ştatında 50 yaşlı fermer özündə səhvən koronavirus əlamətləri aşkar etdikdən sonra intihar edib.
Trend-in məlumatına görə, fermer son günlər koronavirusun yayılması barədə çoxlu videolara baxıb.
Bala Krişna adlı fermer özündə soyuqdəymə simptomları aşkar etdikdən sonra bunun koronavirusdan qaynaqlandığını hesab edib və ailə üzvlərini ona yaxın durmamağı tapşırıb.
Bir neçə günlük təcriddən sonra fermer yerli qəbiristanlıqda intihar edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət