Slimfit
  1. PSİXOLOGİYA

Özünə inamı artıran və hər an edə biləcəyiniz 3 şüuraltı təlqin

Özünə inamı artıran və hər an edə biləcəyiniz 3 şüuraltı təlqin
Sakura

Özünə inamı artıran və hər an edə biləcəyiniz 3 şüuraltı təlqin

“Düşüncələrinizə diqqət edin. Düzgün qəbul edilən hər düşüncə şüuraltınıza göndəriləcək və bu reallıq olaraq dünyanıza yansıyacaqdır”– Cozef Mörfi

Beynimiz müdəmati olaraq işləyən bir orqandır. Şüuraltımız isə, biz fərqində olmadan düşüncələrimizi və duyğularımızı idarə edə biləcək gücə sahibdir.

Gündəlik həyatımızda tez-tez ehtiyac duyduğumuz özünəinamı, şüuraltımıza yolladığımız təlqinlərlə artıra bilərik. Özünüzü inamsız hiss etdiyiniz zaman qısa müddətdə özünəinamı toplamağınıza imkan verəcək təlqinlərin ən çox istifadə edilən və bir o qədər də qəribə 3 dənəsi:

1) Super Qəhrəman Pozası

2012-ci ildə bir TEDx tədbirində bədən dili mütəxəssisi və Harvard universitetinin professoru Emi Cudyi super qəhrəman pozası verməyin özünəinamı artıracağını; bunun səbəbinin də şüuraltında bu pozanın güc və inamla assosiyasiya olduğunu bildirir. Bu müsbət təlqini etmək çox sadədir:

1) Dik durun, ayaqlarınızı çiyin genişliyində açın.

2) Əllərinizi belinizə qoyun.

3) Sinənizi gərin.

4) Başınızı dik tutun.

5) 30 saniyə gözləyin.


2) Özünüzlə danışın.

FƏRDİ İNKİŞAF

Özünəinamı artıran və hər an edə biləcəyiniz 3 şüuraltı təlqin

 
  • PAYLAŞ
  • TWEET
  • ŞƏRH
  • “Düşüncələrinizə diqqət edin. Düzgün qəbul edilən hər düşüncə şüuraltınıza göndəriləcək və bu reallıq olaraq dünyanıza yansıyacaqdır”– Cozef Mörfi

    Beynimiz müdəmati olaraq işləyən bir orqandır. Şüuraltımız isə, biz fərqində olmadan düşüncələrimizi və duyğularımızı idarə edə biləcək gücə sahibdir.

    Gündəlik həyatımızda tez-tez ehtiyac duyduğumuz özünəinamı, şüuraltımıza yolladığımız təlqinlərlə artıra bilərik. Özünüzü inamsız hiss etdiyiniz zaman qısa müddətdə özünəinamı toplamağınıza imkan verəcək təlqinlərin ən çox istifadə edilən və bir o qədər də qəribə 3 dənəsi:

    1) Super Qəhrəman Pozası

    2012-ci ildə bir TEDx tədbirində bədən dili mütəxəssisi və Harvard universitetinin professoru Emi Cudyi super qəhrəman pozası verməyin özünəinamı artıracağını; bunun səbəbinin də şüuraltında bu pozanın güc və inamla assosiyasiya olduğunu bildirir. Bu müsbət təlqini etmək çox sadədir:

    1) Dik durun, ayaqlarınızı çiyin genişliyində açın.

    2) Əllərinizi belinizə qoyun.

    3) Sinənizi gərin.

    4) Başınızı dik tutun.

    5) 30 saniyə gözləyin.


    2) Özünüzlə danışın.

    “100% Düşüncə Gücü” adlı kitabın müəllifi Cek Ensayn Addinqton deyir ki:

    “Şüuraltı mənfi cümlələri anlaya bilməz, özünüzə müsbət cümlələr ilə əmr verin”.

    Şüuraltına yollanan təlqin mesajlarının müsbət olması, beyninizi inandırmaq üçün çox önəmlidir. Məsələn:

    “Bunu edə bilərəm, bunu edə biləcək bütün bacarıqlara və potensiala sahibəm. İndi bunu göstərmək vaxtıdır”.

    Şüuraltınız potensialınızı və bacarıqlarınızı sorğulamaz, açıq desək vecinə də almaz. O, sadəcə mesajları alar və duyğu ya da düşüncəyə çevirər. Buna görə, özünəinamı artırmaq üçün ona müsbət mesajlar göndərməyiniz sizin üçün daha faydalı olacaqdır.

    Müsbət mesajları kağıza yazmaq, telefonunuzun ekranına qoymaq ya da özünüzə e-mail göndərmək, qısacası müsbət mesajları mütəmadi görməyiniz şüuraltınızı bu mövzuda rahatlaşdıracaq və təlqinin davamlılığına imkan verəcəkdir.


    3) Göz təması rəqabətinə girin.

    Təbiətdə gözləri olan hər canlı göz təması edər və ilk duel gözlər arasında olar. Göz təması üstünlük deməkdir və bu mövzu düşünüldüyündən daha önəmlidir. (Bu mövzu ilə bağlı daha detallı məlumat almaq üçün xarici mənbəyə baxa bilərsiniz).

    Sosial mühitdə olan hər insan göz təmasında olur, bir şəkildə başlayan təmas insanın gözlərini qaçırması ilə bitir. Göz təmasında olduğunuz insandan gözlərinizi qaçırmaq qarşınızdakına üstünlük hiss verərkən, sizin özünəinamınızı zəiflədər.

    Buna görə, göz təmaslarında gözlərinizi mümkün olduqca, qarşı tərəfdən qaçırmamağınız, özünəinamı artırmağınıza imkan verəcəkdir.

    Təbii ki, burada məsələ insanlara gözlərinizi dikib baxmaq deyil.

    Youtube-da göz təması üçün xüsusi hazırlanmış videolar var. Bu videoları izləyib bu mövzuda da özünüzü inkişaf etdirə bilərsiniz.

    “Şüur, yəni ağıla sahib zehin nəyə inanırsa, şüuraltı onu qəbul edər və buna görə hərəkət edər” – Cozef Mörfi

     

    Mənbə: Moneta.az

    Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

    Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

    Sakura

    Ən çox baxılanlar

    Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

    Redaktor seçimi

    SON XƏBƏRLƏR