Dərc edildi: Baxış sayı: 412
Özbəkistanda vergi əməkdaşlarının dörddə biri işdən çıxarılacaq
Özbəkistanın paytaxtı Daşkənddə vergi əməkdaşlarının dörddə biri attestasiyadan keçə bilməyib. FaktXəbər bildirir ki, bu barədə ölkənin Dövlət Vergi Komitəsi məlumat yayıb.
"Dövlət Vergi Komissiyası Daşkənd şəhərindəki vergi əməkdaşları arasında attestasiya keçirib. Məlumata görə, 1100-dən çox əməkdaşdan sadəcə 43%-nin nəticəsi müsbət olub. 32% şərti şəkildə təsdiqlənib, 25% isə attestasiyadan keçə bilməyib",-deyə məlumatda qeyd olunur.
Vakant vəzifələr üçün müsabiqə keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət