Dərc edildi: Baxış sayı: 1568
Özbəkistan prezidenti özünü alqışlamağı qadağan edib
Özbəkistan prezidenti Şavkat Mirziyeyev ölkənin Buraxa vilayətinə səfəri zamanı məmurları onu alqışlamamağı çağırıb.
Faktxəbər-in məlumatına görə, bu barədə "Azadlıq" qəzeti yazıb.
"Məmurların bütün işləri və planları xalqın mənfəətinə xidmət etməlidir. Alqışlamağı yığışdırmaq lazımdır. Onun əvəzinə hər ev və hər insanla məqsədli şəkildə işləmək lazımdır", - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Özbəkistanda məmurlar prezidentin demək olar ki hər sözünü alqışla qarşılayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət