Slimfit
  1. AZƏRBAYCAN

Özbəkistan portalında Xocalı soyqırımı ilə bağlı məqalə verilib

Özbəkistan portalında Xocalı soyqırımı ilə bağlı məqalə verilib
Sakura

Özbəkistan portalında Xocalı soyqırımı ilə bağlı məqalə verilib

Özbəkistanın qalampir.uz portalında Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Müdhiş gecə: Qarabağın qanlı tarixi” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC verir ki, məqalədə o gecə Xocalıda və Ağdam istiqamətindəki çöllükdə vəhşicəsinə öldürülən, yaralanan və itkin düşənlərin sayı haqqında məlumat verilib.

Yazıda qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə ermənilər qədim Xocalı şəhərini yerlə yeksan edib. Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir və Xatın, Xerosima, Naqasaki, Sonqmi faciələri ilə eyni sırada durur.

Bildirilib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılmasının tələb edən dörd qətnamə qəbul etsə də işğalçı dövlət buna əhəmiyyət vermir və dünya birliyinə meydan oxuyur.

“Xocalı soyqırımı XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb. Bu soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. İndiyədək dünyanın 13 dövləti və ABŞ-nın 22 ştatı Xocalı soyqırımını tanıyıb və bu istiqamətdə fəaliyyət davam edir”, - yazıda belə qeyd edilib.

Yazı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR