"Özbəkistan Hava Yolları" yeni aldığı “Airbus A320neo” təyyarəsi ilə ilk uçuşu Bakıya reallaşdırıb
"Özbəkistan Hava Yolları” şirkəti yeni aldığı, "Wi-Fi" ilə təchiz olunmuş “Airbus A320neo” markalı sərnişin təyyarəsinin istismarına başlayıb.
“Report” bu barədə Özbəkistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, bu təyyarə ilə ilk uçuş Bakıya olub. Bu gün yerli vaxtla saat 13.40-da Daşkənd hava limanından qalxan təyyarə bir qədər əvvəl Azərbaycan paytaxtında yerə enib.
“Özbəkistan Hava Yolları"nın martın 11-də parkına əlavə etdiyi yeni layner müasir dizayna, fərdi ekranlarla təchiz edilmiş geniş və rahat oturacaqlara, daha güclü səsboğucu sistemə malikdir. Onun mühərriki yanacağı daha səmərli işlədir. Birdəfəlik uçuş məsafəsi 6 min kilometr olan “Airbus A320neo” 12 nəfər biznes, 138 nəfər ekonom sinifdən olmaqla, ümumilikdə, 150 yerlik salona malikdir.
Aviaşirkət növbəti bu növ təyyarəni ölkəyə gələn ayın əvvəlində gətirməyi planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət