Slimfit
  1. DÜNYA

Özbəkistan Ali Məclisinə seçkilərin ilkin nəticələri elan edilib

Özbəkistan Ali Məclisinə seçkilərin ilkin nəticələri elan edilib
Sakura

Özbəkistan Ali Məclisinə seçkilərin ilkin nəticələri elan edilib

 Özbəkistan Ali Məclisinə seçkilərin ilkin nəticələri elan edilib.

AZƏRTAC xəbər verir ki, seçki siyahılarında 20,5 milyon seçicinin adı olub.

Mərkəzi Seçki Komissiyasının sədri Mirza-Uluqbek Abdusalamov bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, seçkilərdə 13,9 milyon seçici səs verib, bu da seçicilərin 67,8 faizi deməkdir. O deyib ki, seçkilərdə 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparıb.

O vurğulayıb ki, seçkilərdə iştirak edən siyasi partiyaların hamısı deputat yeri qazanıb. Belə ki, Özbəkistan Liberal Demokrat Partiyası 43, “Milli Dirçəliş” Demokratik Partiyası 35, “Ədalət” Sosial-Demokrat Partiyası 21, Xalq Demokratik Partiyası 18 və Özbəkistan Ekoloji Partiyası 11 deputat mandatı əldə edib. O deyib ki, 22 seçki dairəsində kifayət qədər səs toplaya bilməyən namizədlər üçün təkrar səsvermə keçiriləcək.

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə və ölkəmizdən gələn bir qrup politoloq seçkiləri Daşkənd şəhərində izləyiblər.

Eldar İbrahimov AZƏRTAC-ın müxbiri ilə söhbətində Daşkənd şəhərinin 17 seçki məntəqəsində seçkiləri izlədiklərini bildirib. “Yeni Özbəkistan, yeni seçkilər” şüarı ilə keçirilən seçkilər açıq, tam demokratik və şəffaf şəraitdə baş tutub. İnsanlar fəal şəkildə səsvermədə iştirak edirdilər, hər kəsdə bayram əhval-ruhiyyəsi var idi.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR