Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

“Öz qolundan qan axırdı, sarğısını açıb komandirinin yarasını sarıdı”

“Öz qolundan qan axırdı, sarğısını açıb komandirinin yarasını sarıdı”
Sakura

“Öz qolundan qan axırdı, sarğısını açıb komandirinin yarasını sarıdı”

“Deyirdim Emin, özündən muğayat ol, istəyirəm gələsən. Deyirdi ki, gələcəm bir həftəyə, qardaşım, görüşəcəyik. Elə qismət oldu ki, sözünün üstündə durdu, gəldi, amma canlı gələ bilmədi”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişinin kollektivi şəhid Vüsal Məmmədovun evlərində olub və onunla bağlı ətraflı süjet hazırlayıb.

Bu sözləri öz dostu, aprel şəhidi Emin Bağırov haqqında danışarkən demişdi Vüsal. Ama tale çox amansız bir oyun oynadı. Bir vaxt onun qurduğu cümlələri indi içi yana-yana bacısı söyləyir...

Şəhidin bacısı Gülnarə Məmmədova hisslərini belə ifadə edib: “O da mənə söz vermişdi ki, Gülüş, narahat olma, gələcəm, hər şey yaxşı olacaq. Eyni cümləni də mən ona işlədirəm ki, həqiqətən gəldi amma sağ gəlmədi, cənazəsi gəldi. Mən heç vaxt gözləmirdim və inana bilməzdim ki, mən öz qardaşımın, nəfəs aldığım insanın tabutunu görəcəm”.

Qəhrəman şəhidimiz ilk günlər Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə şücaətlə vuruşur. Yaralansa da, müalicə almaqdan imtina edir və yenidən döyüşə qayıdır. Və elə həmin döyüşlərdən birində, ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalır.

Şəhidin dostu Etibar Hüseynov isə onu belə xatırlayıb: “Komandirlərindən bir söz var ki, Vüsalın sözünün qabağına söz deyən yox idi. Ona görə yox ki, Vüsaldan qorxurdular, ona görə ki, Vüsala hörmət edirdilər, rəğbət bəsləyirdilər. Tabor komandirləri yaralandı, Vüsal qolundakı bandajı açıb onun başına bağladı amma halbuki öz qolundan qan fışqırırdı. Bir döyüşçü üçün də ən böyük şərəf hədəfdə şəhid olmaqdır, Vüsal hədəfdə şəhid oldu”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR