Slimfit
  1. DÜNYA

Öz-özünü keysəriyyə edib, uşağını xilas edən qadın

Öz-özünü keysəriyyə edib, uşağını xilas edən qadın
Sakura

Öz-özünü keysəriyyə edib, uşağını xilas edən qadın

Dünyada öz-özünü əməliyyat edən, gülləsini çıxaran, yarasını tikən insanlar, cərrahlar var. Amma bir qadının ağlagəlməz əməli nəinki həkimləri, bütün dünyanı şoka salıb.
 
Haqqında film çəkilən qadın Meksikanın ucqar Rio de Talea kəndindəndir. O, hamiləliyin son aylarında gecə saatlarında qəfil suyunun açıldığını görür. Həkimə və qonşulara xəbər verməyə imkan tapmayan qadın elə evindəcə doğuma başlayır. 
 
Medicina.az xəbər verir ki, suyunun qurtardığını, amma uşağın hələ doğulmadığını görən qadın körpənin də, özünü də öləcəyini görüb, mətbəx bıçağı ilə qarnını və uşaqlığını kəsərək körpəni çıxarır. Onu silkələyib nəfəsini açır, göbəyini kəsir, öz yarasına isə çoxlu əski, paltar basıb saxlayır. 
 
Kənd feldşeri  səhərəyaxın gəlib çıxır, gördüyündən dəhşətə gəlir. Bacardığı qədər qadının qarnını tikir, uşağı və ananı xəstəxanaya çatdırır. Burda həm uşağa, həm anaya tibbi yardım göstərilir. Xoşbəxtlikdən yara infeksiya tutmayıbmış.
 
Hazırda oğlu Orlando Krus böyüyüb, ana da sağlamdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR