Dərc edildi: Baxış sayı: 591
Öz-özlərini əməliyyat edərək, tarixə düşən insanlar – Əməliyyatdan qorxanlar üçün
Adi əməliyyat keçirmək fikri belə əksər insanlar üçün qorxulu kabus kimidir. Bəzi insanlar isə qorxmadan, heç kimin yardımı olmadan özlərini əməliyyat edib və həyatda qala biliblər.
Medicina.az sizə özünü əməliyyat edən bəzi insanlar haqqında məlumatı təqdim edir.
Zheng Yanliang – Amputasiya
Çinli fermer Zheng 202-ci ildə ayağındakı ağrı səbəbindən xəstəxanaya müraciət edib. Ona ayağının əməliyyatı üçün 1 milyon yuan məbləğ ödəməsini bildiriblər. Onun həmin məbləği ödəməyə imkanı olmayıb. Ayağı isə getdikcə şişərək qanqrena olub. Şiddətli ağrılara dözməyən Zheng evdə mişar və bıçaq yardımı ilə ayağını kəsib.
İnes Ramirez Perez – Keysəriyyə
Meksikalı bu qadın bətnindəki uşağı heç bir kömək olmadan dünyaya gətirib. Belə ki, 2007-ci ildə qadının doğum sancıları başlayır və xəstəxanaya getmək üçün zamanının olmadığını anlayır. O, azyaşlı oğlundan bıçaq gətirməsini istəyir. Qadın 15 sm-lik bıçaq ilə qarnında 18sm-lik bir deşik açır. Daha sonra o daxili orqanlarını kənara çəkərək uşağını qarnından çəkib çıxarıb. Uşağın göbək bağını kəsdikdən sonra daxili orqanlarını yerinə yerləşdirib. Perezin yarasını yardım üçün gələn bir qadın tikib, daha sonra o xəstəxanaya aparılıb.
Leonid Rogozov – Kor bağırsaq əməliyyatı
1961-ci ildə həkim Leonid özünə appendisit dioqnozu qoyub. Lakin bu zaman o Antraktidada bir stansiyada işləyən tək həkim olur və hava şəraiti evakuasiyaya imkan vermirdi. Ağrılara dözməyən həkim stansiyadakı işçilərin yardımı ilə özü-özünü əməliyyat edib. İki saat çəkən əməliyyat zamanı o xeyli qan itirsə də, hər şey uğurla başa çatıb.
Roland Mery – Cinsiyyət dəyişdirmə
İngiltərədə yaşayan 61 yaşlı Roland cinsiyyətini dəyişdirmək istəyi ilə xəstəxanaya müraciət edib. Lakin ona ən tez iki il sonra əməliyyata alına biləcəyi deyilib. Bundan sonra o evə gələrək, bir xeyli ağrıkəsici dərmanlar qəbul edib və hamam otağına girib. Oradakı kəsici alətlə cinsiyyət orqanını kəsib. Həyat yoldaşı tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər isə ona özünü uğurlu əməliyyat etdiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət