Slimfit
  1. CƏMİYYƏT

'Öz istehsalımız olan maska və qoruyucu vasitələrin kütləvi satışını müşahidə edirik'

'Öz istehsalımız olan maska və qoruyucu vasitələrin kütləvi satışını müşahidə edirik'
Sakura

'Öz istehsalımız olan maska və qoruyucu vasitələrin kütləvi satışını müşahidə edirik'

COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq və əhalini lazımi miqdarda qoruyucu vasitələrlə təmin etmək məqsədilə Bakı və Sumqayıtda operativ şəkildə tibbi maskalar istehsalı üzrə iki sənaye müəssisəsi yaradıldı. Ölkədə bir neçə spirt zavodunun və məişət kimyası məhsulları istehsalı üzrə müəssisələrin bazasında dezinfeksiyaedici vasitələrin, əl üçün gellərin istehsalına da başlanılıb.

Ens.az xəbər verir ki,Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədlinin “Report”a açıqlamasında görülən pandemiyaya qarşı həyata keçirilən tədbirləri tədqirəlayiq hesab edib.

O bildirib ki, pandemiyanın ilk başladığı zamanlar maska və gigiyenik qoruyucu vasitələrlə təminatında sıxıntılar yaşansa da, ölkə rəhbərliyi və Nazirlər Kabineti yanında Operativ Qərargah vaxtında addım atdılar:

“İlk zamanlar idxal olunma sürətləndirildi. Sonrakı müddətdə isə sıxıntının qarşısının daha da alınması üçün Bakı və Sumqayıtda operativ şəkildə tibbi maskalar istehsalı üzrə iki sənaye müəssisəsi yaradıldı. Bu müəssisələrin yaradılmasından sonra apteklərdə öz istehsalımız olan maska və qoruyucu vasitələrin kütləvi şəkildə satışını müşahidə edirik. Belə fikirləşirəm ki, ölkə rəhbərliyinin və iqtisadi bloka daxil olan nazirliklərin çevik reaksiyası pandemiya ilə əlaqədar əhalinin lazım olan gigiyenik vasitələrə olan təlabatını ödəməyə imkan yaratdı. Müəssisələrin gücü sutkada 500 min maska istehsalına imkan verir, bunun sayəsində iyun ayına ölkədə 10 milyon ədəddən çox qoruyucu maska rezerv ehtiyatı yaradıldı. Bununla da Azərbaycan özünü qoruyucu vasitələrlə tam şəkildə təmin edir. Dəyəri də ölkə üzrə vahid qiymətə - 30 qəpiyə satılır”.

“Bakı və Sumqayıtda açılmış hər iki müəssisənin hər birinin həm istehsal gücünə, həm də müəssisələrə gətirilmiş avadanlıqların keyfiyyətinə baxsaq, anlaşılır ki, təkcə ölkədaxili tələbatı ödəmək yox, gələcəkdə strateji baxımdan digər ölkələrə ixracat da nəzərdə tutulub. Belə ki, həm müəssisənin istehsal yükü, həm də avadanlıqların keyfiyyəti bunu deməyimizə əsas verir. Təbii ki, hazırda ölkə rəhbərliyinin dediyi kimi bütün iqtisadi məsələlərdən də öndə duran məsələ insanların sağlamlığıdır. Bu səbəbdən hazırda ölkədaxili tələbatın ödənilməsi nəzərdə tutulub. Zamanla pandemiya ilə əlaqədar təhlükə aradan qalxdıqdan sonra digər məsələlərlə bağlı addımlar atılacaq”, - deputat bildirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR